إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İraq ordusu Mosula hücum edən 75 İŞİD üzvünü məhv edib

İraq ordusu və təhlükəsizlik qüvvələri ötən gün Mosul şəhərinə hücuma keçmiş təkfirçi radikal “İraq və Şamd İslam Dövləti” (İŞİD) qruplaşmasının 75 üzvünü məhv edib.

Ahlibeyt.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, öldürülən silahlıların böyük əksəriyyəti digər ərəb ölkələrinin vətəndaşlarıdır.

İraq təhlükəsizlik mənbələri Mosulda nisbi sakitliyin hökm sürdüyünü bildirib.

Xatırladaq ki,İŞID üzvləri üç gün əvvəl Imam Həsən Əsgəri(ə)nin məqbərəsi yerləşdiyi Samirə şəhərinə də hücuma keçmişdilər. Lakin İraq ordusu və təhlükəsizlik qüvvələrinin qurudan və havadan apardıqları intensiv əməliyyatlar nəticəsində qruplaşma şəhəri tərk etmək məcburiyyətində qalıb.

Həmçinin dünən axşam saatlarında İraqda terror aktı törədilib. Diyala əyalətinin Baquba şəhərinin mərkəzində içərisində mina yerləşdirilmiş avtomaşının partladılması nəticəsində bir neçə nəfər dünyasını dəyişdiyi və yaralananların olduğu bildirilir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 İyun, 2014  11:28 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!