إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayasofyada Sübh Namazı Qılındı(fotolent)

Ayasofya Meydanında toplaşan minlərlə insan Kəbə imamı Abdullah Basfarın imamlığı ilə sübh namazı qıldı.

Ahlibeyt.az-ım Dünyabuleteni-nə istinadən verdiyi xəbərə görə Anadolu Gənclik Dərnəyi(AGD) Ayasofya-nın məscidə çevrilməsi üçün "Canamazını qaldır gəl" şüarı ilə"Sübh Namazında Ayasofya məscidində görüşürük"tədbiri keçirilmişdir.

İstanbuldan və ətraf bölgələrdən gecə yarıdan etibarən Ayasofya meydanına tərəf axışan qruplar burada sübh namazı vaxtını gözlədilər.Meydanda quraşdırılan platformadan Fateh Sultan Mehmet Fondu Universiteti İslami elmlər Fakultəsi Dekan müavini Və Hədis kafedrası müəllimi Halil İbrahim Kutliay dualar etdi.

Namaz vaxtı daxil olduqdan sonra Kəbə imamlarından olan Şeyx Abdullah Basfar meydana daxil oldu.Basfar Platformaya qalxaraq kütləni salamladı və dualar etdi.

Meydanda toplanan kütlənin arxa hissəsində toplanan qadınlar üçün də namaz səfləri qurulmuşdu.

Namazın ardından  platforma qalxan Anadolu Gənclik Dərnəyinin(AGD) Baş katibi Salih Turhan Namaza toplanan insanlara öz təşəkkürünü bildirdi.Daha sonra Qurani-Kərim oxuma üzrə dünya birincisi Cənubi Afrikalı hafiz Abdurrəhman Sadian Quran tilavət etdi.

Sonda bir daha Halil İbrahim Kutluay dua etdi və mərasim"Zəncirlər Qırılsın Ayasofya Açılsın"şüarları ilə sona çatdı.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 May, 2014  13:51 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!