إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Kəbə gül suyu və zəmzəmlə yuyuldu (VİDEO)

Müsəlmanların qibləsi Kəbə mərasim təşkil edilərək, gül suyu və zəmzəmlə yuyulub.

Kəbənin yuyunma mərasimi iki rükət namaz qılınması ilə başlayır.

Ahlibeyt.az-ın AnsPress-ə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdüləzizin təyin etdiyi Məkkə əmiri Məşal bin Abdullahın nəzarəti ilə Kəbə gül suyu və zəmzəmlə yuyulub.

İldə iki dəfə keçirilən mərasim haqqında məlumat verən Səudiyyə Ərəbistanının Mədəniyyət və İnformasiya naziri Əbdüləziz min Muhyiddin Kəbənin daxili və xarici divarlarının gül suyuyla qarışdırılmış zəmzəmlə yuyunduğunu açıqlayıb.

Kəbənin yuyulmasından əvvəl Kəbə ətrafına təvaf edilir və iki rükət namaz qılındıqdan sonra  mərasim başlayır.Kəbəyə daxil olunaraq  divarlar ağ örtüklərlə və gül suyu qarışdırılmış zəmzəmlə təmizlənir, içəriyə gül ətri səpilir və müşk ətri verən buhurdanlar yandırılır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 May, 2014  12:34 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!