إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

"Twitter"də "Allah CC" adından istifadə edən müəllimə 15 ay həbs cəzası verildi

Türkiyədə maraqlı bir məhkəmə qərarı çıxarılıb


Ahlibeyt.az-ın Timeturk-ə  istinadən verdiyi məlumata görə, Türkiyədə istifadə etdiyi "Twitter" hesabındakı fəaliyyəti səbəbilə Ertan P. adlı bir müəllim Muş məhkəməsi tərəfindən barəsində cinayət işi qaldırılıb.

Muş Sülh Cəza Məhkəməsi təqsirləndirilən şəxsi "Twitter"də "Allah CC" adını istifadə etdiyi və yazdığı mesajlarla "xalqın bir hissəsinin mənimsədiyi dini dəyərləri açıq-aşkar alçaltma" günahına görə 15 ay həbs cəzası verib.

O, bu hesabla insanlara qarşı Allah, peyğəmbər və müqəddəs mələklərin adlarından istifadə edərək təhqiredici, aşağılayıcı ifadələr işlədib.

Təqsirli bilinən Ertan P. geniş izləyici kütləsi olan həmin hesabın ona aid olmadığını başqasından "hack" yolu ilə əldə etdiyini bildirərək cəzasının yüngülləşdirilməsinə çalışıb.

Qeyd edək ki,Ali Məhkəmə Muş məhkəməsinin çıxardığı hökmü təsdiq edəcəyi təqdirdə qərarı təsdiq edəcəyi təqdirdə Ertan.P həbs olunacaqdır

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 May, 2014  11:09 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!