إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Təkfirçi qruplaşma tərəfindən qaçırılan məktəbli qızlardan xədər var

Nigeriyada İslam təmayüllü təkfirçi "Boko Haram"qruplaşması tərəfindən qaçırılan 200-dən artıq məktəbli qızlardan xəbər var.
Ahlibeyt.az-ın AnsPress-ə istinadən verdiyi məlumata görə, Nigeriya baş qərargah rəisi Aleks Badeh ötən ay "Boko Haram" silahlıları tərəfindən qaçırılan qız məktəblilərin saxlanıldıqları yeri bildiklərini söyləyib.
Qızların həyatını riskə atmamaq üçün planlaşdırılmış şəkildə hərəkət etməyə çalışdıqlarını dilə gətirən Badeh ordunun nə etməli olduğunu bildiyini açıqlayıb.
"Qızların harada olduğunu bilirik, lakin sizə söyləyə bilmərik. Hərbi sirlər gizli saxlanılmalıdır. Çalışırıq və qızları geri qaytaracağıq" - Badeh paytaxt Abucada etirazçılara verdiyi açıqlamada səsləndirib.

Qeyd edək ki, "Boko Haram" silahlı qruplaşması məktəbli qızları aprelin 14-də Çibokdakı məktəblərdən birindən qaçırıb

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 May, 2014  14:51 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!