|
• Dünyada“Əl-Əzhər” unversitetinin heyəti vəhhabilərə qarşı mübarizəyə çağırdıAhlibeyt.az-ın İslam.az-a istinadən verdiyi xəbərə görə Misirli alimlər və ziyalılar İslam dünyasını parçalayan təkfirçi qrupların ABŞ və Qərb dövlətləri tərəfindən dəstəkləndiklərini bəyan etdilər. Misir mətbuatının verdiyi xəbərə görə, son günlər Misirdə təkfirçilərə qarşı mübarizə fəaliyyətləri gücləndirilib. Bu məqsədlə bir neçə beynəlxalq elmi konfranslar keçirilib. Misir mediası təkfirçilərin İslam birliyini və vəhdətini təhlükə altına almaları ilə bağlı mövzulara geniş yer verməyə başlayıblar. “Əl-Əzhər” universitetinin rektoru Əhməd Tayyib, İslam birliyini məhv etmək üçün təkfirçilərin Qərb dünyası tərəfindən xüsusi dəstəkləndiyini və onların vasitəsilə məzhəblərarası qarşıdurmalar yaratdığını vurğulayıb. “Əl-Əzhər” universitetinin professoru Şeyx Əli Ətiyyə qeyd edib ki, təkfirçilərin arasında bir nəfər də olsun ağıllı və mütəfəkkir insan yoxdur. Onlar Qurandan kiçik bir ayəni “Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!” əzbərləyib, bu ayə üzərində bir məzhəb yaradıblar: “Onlar İslam birliyini məhv etməyə çalışır və müsəlmanları kafir adlandırırlar”. Bu konfransda iştirak edən alimlər bildiriblər ki, təkfirçilər İslamı məhv etmək məqsədilə Qərb dünyasının leyhinə çalışan muzdlulardır və onlara qarşı ciddi mübarizə aparılmalıdır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 May, 2014 14:08 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |