إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İndoneziyada "İslam Turizimi" Beynəlxalq Toplantısı keçiriləcək

İlk dəfə olaraq İslam Həmkarlıqlar Təşkilatı tərəfindən İndenoziyanın paytaxtı Cakartada "İslam Turizimi" beynəlxalq toplantısı keçiriləcək.

Ahlibeyt.az-ın İQNA-ya istinadən xəbər verir ki, ilk dəfə olaraq İslami Həmkarlıqlar Təşkilatı tərəfindən İndenoziyanın paytaxtı Cakartada "İslami Turizim" beynəlxalq toplantısı keçiriləcək. Bu toplantıda İslami Həmkarlıqlar Təşkilatına üzv olan 57 müsəlman ölkəsi arasında qəbul olunmuş şəriət qanunlarına uyğun turizimin genişləndirlməsi müzakirəsi əsas hədəfdir. Toplantı may ayının 31-dən iyun ayının 1-dək iki gün müddətində keçiriləcəkdir.

İndenoziya Turizim Nazirinin müavini Sapta Niruvandar, bu barədə deyib:

Keçən il "Qambiya"da keçirlən toplantıda qərara alınmışdı ki, İslami ölkələrin Turizim nazirləri bu il "Cakarta"da İslami Turizimin genişləndirilməsi hədəfi ilə bu ilki toplantı keçirilsin.

Dünya müsəlmanlarının 2030-ci ilədək çoxsaylı artımını nəzərə alaraq (dünya əhalisinin 26 faizi və ya 2 milyard nəfədən çox) deyə bilərik ki, İslam turizimində inkişaf edəcəkdir.

Bu toplantıda İslami turizimin dünyadakı təsirindən və bu təsiri gücləndirməyin yolları və bu vasitə ilə də dünya iqtisadiyyatına kömək etmək müzakirə obyekti olacaqdır.

Biz, İslam turiziminin təşəkkül tapması üçün hotel və restoranları da təchiz etməyi qərara almışıq.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 May, 2014  13:36 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!