إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Peyğəmbərin məşhur səhabəsi Uveys əl-Qərani-nin hərəmi partladılaraq təmamilə dağıdıldı (video- fotolent)

Ahlibeyt.az-ın İslam.az-a istinadən xəbər verir ki,    Suriyada vəhşi cinayətlər törədən terrorçu vəhhabi təşkilatı olan “İraq-Şam İslam Dövləti” (İŞİD) Peyğəmbərin məşhur səhabələrindən olan Uveys əl-Qəraninin hərəmini partladaraq yerlə- yeksan ediblər.

İslam.az-ın “əl-Mənar” agentliyinə istinadən verdiyi məlumata görə, dünən İŞİD Raqqa şəhərində sakinlərdən evlərini və qapılarını müəyyən vaxta qədər bağlamalarını tələb ediblər. Bildirilib ki, müəyyən olunmuş vaxta qədər Uveys əl-Qəraninin hərəmi tamamilə partladılacaq.

Qeyd edək ki, bundan əvvəl də İŞİD hərəmin bir hissəsini partlatmışdı. İndi isə hərəm tamailə dağıdılıb.

Xatırladaq ki, İŞİD və Suriyadakı digər vəhhabi təşkilatları bütün müsəlmanların hörmətlə yanaşdığı çoxlu sayda səhabələrin və övliyaların qəbirlərini və digər dinlərin müqəddəs hesab  etdiyi məkanları və məbədləri tamamilə dağıdırlar.

VİDEO

FOTOLENT

 

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 May, 2014  20:31 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!