إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

"Taliban" Burhanəddin Rəbbaninin sui-qəsdinin məsuliyyətini öz üzərinə götürüb

"Taliban" terror təşkilatı Əfqanıstanın sabiq prezidenti Burhanəddin Rəbbaninin qətlə yetirilməsini öz üzərinə götürüb. Təşkilatın sözçüsü mətbuatla əlaqə saxlayaraq bildirib ki, Rəbbanini onlar qətlə yetiriblər. 

Xəbər verdiyimiz kimi bu gün günortadan sonra Burhanəddin Rəbbani terror nəticəsində həyatını itirmişdir. Və artıq sui-qəsdin detalları da məlumdur. Beləki, "Taliban" təşkilatının keçmiş nazirlərindən olan "Vahidyar" Rəbbanilə telefonla danışaraq təşkilatın mühüm nümayəndələrindən iki nəfərin onunla görüşmək istədiyini bildirib. Bu günə təyin olunmuş görüşə gələn Vahidyarın dediyi mühüm şəxs bombanı öz çalmasında gizlədibmiş. Vahidyar Rəbbaninin mühafizəçilərinə deyib ki, onunla olan şəxs çox yüksək məqamlı şəxsdir və onun üstünün axtarılması ona qarşı hörmətsizlik olar. Mühafizəçilərdən bu hiylə ilə adlamış terrorçu Rəbbanilə görüşən zaman başı onun sinəsinə yaxın olan zaman bombanı işə salmışdır. Nəticədə Rəbbani həyatını itirmiş, dörd nəfər yaxın adamı isə ağır yaralanmışdır.

Baş vermiş bu terror aktından sonra ABŞ-da səfərdə olan Əfqanıstan prezidenti Həmid Karzay vətənə qayıtmağı qərara alıb.

P.S Burhanəddin Rəbbani Tehranda keçirilən İslami oyanış konfransında iştirakından qayıdandan dərhal sonra qətlə yetirildiyinə görə artıq onu "İslami oyanışın şəhidi" adlandırırlar.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Sentyabr, 2011  03:30 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!