إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Təkfirçilər tərəfindən oğurlanmış qızların ilk videosu yayıldı (VİDEO)

Silahlıların lideri bütün silahdaşları azad edilməyənə qədər qızların buraxılmayacağını bildirib

Nigeriyada "Boko Haram" tərəfindən oğurlanmış 300-ə qədər məktəbli qızın yeni videosu yayılıb.

Xəbər agentliklərinin yaydığı məlumatlara görə, videogörüntüləri internetə "Boko Haram" silahlılar qrupunun lideri Abubəkir Şekau yerləşdirib. O, qızların görüntüləri ilə bərabər danışıqlara hazır olduğunu bildirib.


Abubəkir saxlanılmış bütün silahdaşları azad edilməyənə qədər qızların buraxılmayacağını bildirib. Onun sözlərinə görə, əsir götürdükləri qızlar dinlərini dəyişərək müsəlman olublar. Bu gün paylaşılan videoda qızların Qurandan ayələr oxuyurlar.
Xatırladaq ki,Nigeriyada təkfirçi  "Boko Haram" silahlı qrupu bu ilin aprel ayının 15-i Borno əyalətindəki məktəbə hücum edərək 300 qədər məktəbli qızı qaçırmışdır.Bu basqın bir çox din alimləri tərəfindən pislənərək bunu İslama olunan bir təhdid kimi qeyd etmişlər.  Qızların axtarışı bütün ölkə boyu davam edir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 May, 2014  20:28 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!