
Silahlıların lideri bütün silahdaşları azad edilməyənə qədər qızların buraxılmayacağını bildirib
Nigeriyada "Boko Haram" tərəfindən oğurlanmış 300-ə qədər məktəbli qızın yeni videosu yayılıb.
Xəbər agentliklərinin yaydığı məlumatlara görə, videogörüntüləri internetə "Boko Haram" silahlılar qrupunun lideri Abubəkir Şekau yerləşdirib. O, qızların görüntüləri ilə bərabər danışıqlara hazır olduğunu bildirib.
Abubəkir saxlanılmış bütün silahdaşları azad edilməyənə qədər qızların buraxılmayacağını bildirib. Onun sözlərinə görə, əsir götürdükləri qızlar dinlərini dəyişərək müsəlman olublar. Bu gün paylaşılan videoda qızların Qurandan ayələr oxuyurlar.
Xatırladaq ki,Nigeriyada təkfirçi "Boko Haram" silahlı qrupu bu ilin aprel ayının 15-i Borno əyalətindəki məktəbə hücum edərək 300 qədər məktəbli qızı qaçırmışdır.Bu basqın bir çox din alimləri tərəfindən pislənərək bunu İslama olunan bir təhdid kimi qeyd etmişlər. Qızların axtarışı bütün ölkə boyu davam edir.