إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Bakılı təriqət qurucusu haqqında Tükiyədə film çəkilib (FOTO)

Tanınmış filosof və şair, xəlvətiyyə təriqətinin ikinci qurucusu Seyid Yəhya Bakuvi haqqında çəkilmiş film Türkiyənin Eskişehir şəhərində nümayiş etdiriləcək.

ANS PRESS-in məlumatına görə, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Türkiyənin Yurtdışı Türklər və Akraba Topluluklar Başkanlığı, TÜRKSOY, Avrasiya İqtisadi Əlaqələr Dərnəyi, Əskişəhər Valiliyi və Əskişəhər 2013 Türk Dünyası Mədəniyyət Paytaxtı Ajansının qatqıları ilə çəkilən “Xəzərin Piri Seyid Yəhya Şirvani” sənədli filminin premyerası 13 May 2014-cü il tarixində olacaq.

Çəkilişləri Türkiyə və Azərbaycanda həyata keçirilən sənədli filmdə Seyid Yəhya Bakuvinin həyatından, əsərlərindən, Osmanlıya təsiribndən və fikirlərindən danışılır. Film 2013-cü ilin YUNESKO tərəfindən “Seyid Yəhya Bakuvi İli” elan edilməsi münasibətilə çəkilib.
Mənşəcə Azərbaycan türklərindən olan Seyid Yəhya Bakuvi Şamaxı şəhərində doğulub. Əvvəlcə Şamaxıda yaşamış Seyid Yəhya Bakuvi daha sonra Bakıya köçüb və ömrünün 40 ilini burada yaşayıb. 1457-ji ildə vəfat etmiş Seyid Yəhya Bakuvinin məzarı İçərişəhərdədir. Onun qurucusu olduğu xəlvətiyyə təriqəti Osmanlı imperiyasına ciddi təsir edib. İstanbulu fəth etmiş Sultan Fateh Mehmetin də xəlvətiyyə təriqətini qəbul etdiyi bildirir.

2013-cü ildə YUNESKO-nun Baş Konfransının 36-cı sessiyasında Seyid Yəhya Bakuvi anadan olmasının 550 illiyinin dünya səviyyəsində bayram edilməsi ilə əlaqədar qərar qəbul edib.

AnsPress

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 May, 2014  20:05 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!