إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Nəqşibəndi təriqətinin şeyxi dünyasını dəyişdi (foto)

Şimali Kipr Türk Cümhuriyyətində(KKTC) "Şeyx Nazim" olaraq tanınan nəqşibəndi təriqətinin tanınmış simalarından olan Nazin Kıbrisini dünyasını dəyişdi.

Müalicə aldığı xəstəxanada dünyasını dəyişən 92 yaşlı Şeyx Nazim Kıbrısınin dəfn mərasiminə ailəsi,yaxınları ilə bərabər  ölkə Prezidenti Derviş Eroğlu,Baş Nazir Özkan Yorğancıoğlu ,millət vəkilləri,Türkiyənin Şimali Kiprdəki səfiri halil İbrahim Akça qatılmışlar.

İslam təriqətləri içində xüsusi bir yeri olan nəqşibəndilik təriqətinin şeyxinin dünyanın bir çox ölkələrində müridləri vardır.

Türk,Ərəb İngilis və Yunan(Kipr) dillərini bilən Şeyx Kıbrısi azanın ərəbcə oxunmasının qadağan olunduğu illərdə minarəyə qalxaraq azanı olduğu kimi oxumuş buna görə bir həftə həbs cəzası almış,həbsdən çıxan şeyx bunu təkrar etmiş və fikrindən dönməyəcəyini bildirdikdən sonra müxtəlif məhkəmələr tətəfindən haqqında 100 ilə qədər həbs cəzası olan hökmlər çıxarılmışdır.Məhkəmə qərarları yalnız Türkiyə Prezidenti mərhum Adnan Menderesin azanın ərəb dilində verilməsinin bərpasından sonra ləğv edilmişdir.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 May, 2014  10:56 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!