إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

"Boko Haram"ın lideri-Qaçırılan məktəbli qızları satışa çıxarırıq

"Boko Haram""ın lideri Abubakar Şekau məktəbli qızlar təhsil almaq əvəzinə ərə getməli idilər və biz onları Allahın izini ilə satacağıq

Bu təşkilatın adı 174 milyon nəfərdən artıq olan əhalisinin sayına görə  Afrikanın ən böyük dövlətinın  qorxu kabusuna çevrilib.2002 ci ildə radikal təkfirçilərdən formalaşdırılmış təşkilatın adı yerli dildə "Yalana yox"kimi səslənir.lakin bu ibarə artıq çox keçmişdə qalıb.İndi isə bu ad - "Qərbə Yox"anlamını bildirir və əslindətəşkilat istənilən mədəniyyətə,elmə,təhsilə və hər çür inkişafa qarşıdır."Boko Haram" son illər Nigeriyanın şimalında minlərlə insanın həyatına son qoymuş yüzlərlə terror aktı törətmişdir.

Təşkilatın əsas hədəfi isə hakimiyyəti ələ keçirmək və  şimal əyalətlərdə məskunlaşan və ölkə əhalisinin yarısını təşkil edən müsəlmanlar üzərində İslam hakimiyyətinin qurulmasıdır.

İki həftə öncə dünyanın demək olar bütün media orqanları ilgic bir xəbər yaydı Nigeriyanın şimalında Borno ştatındakı Çibok şəhər məktəbinə hücum edən radikal təkfirçi qruplaşma "Boko Haram 230 -a qədər məktəbli müsəlman qızı qaçırdı.Bütün səylərə baxmayaraq məktəblilər bu günə qadər tapılmayıb.

İndi isə "Boko Haram""ın lideri Abubakar Şekau Frans Press agentliyinə göndərdiyi videomüraciətdə ilk dəfə olaraq bu il 15 apreldə ölkədə qaçıran qızların bu təşkilat tərəfindən həyata keçirildiyini və qızların satışa çıxaracaqlarını elan etmişdir.Onun sözlərinə görə məktəbli qızlar təhsil almaq əvəzinə ərə getməli idilər və biz onları Allahın izini ilə satacağıq.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 May, 2014  17:59 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!