إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ər-Riyadda Orta Asiya-Azərbaycan forumu işinə başlayıb

Ərəb Ölkələri Liqasının(ƏÖL) Azərbaycan və Orta Asiya devlətləri ilə İlk iqtisadi əməkdaşlıq forumu səudiyyə Ərəbistanının paytaxtı Ər-Riadda öz işinə başlamışdır.

Tədbirə iştirakçı ölkələrin xarici işlər və iqtisadiyyat nazirliklərinin rəhbərləri,nüfuzlu iş adamları,Sənaye –ticarət palatasının üzvləri həmçinin Orta Asiya və Azərbaycan və Orta Asiya İslam dövlətlərinin fərdi biznes  sektorunun üzvləri iştirak edirlər.

Qeyd edək ki,mayın 1- də Səudiyyə Ərəbistanının xarici işlər naziri Yusif bin Tarrad əs-Sədan ölkəmizdə rəsmi səfərdə olarkən may ayında Ər-Riyadda Ərəb ölkələri ilə Orta Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlıq və iqtisadiyyat üzrə I Forumun keçiriləcəyini qeyd etmiş, tədbirin bu ölkələr arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətli olacağını vurğulamışdır.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyəli həmkarına bildirmişdir ki,iqtisadi və sənaye sektorunun əməkdaşlarının da qatılacağı olan bu forumda Azərbaycan heyətinə başçılıq edəcək.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 May, 2014  10:12 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!