إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

4 yaşlı Mustafa 5 ay müddətinə "Qurani-Kərim"i xətm etdi

Türk mətbuatının yaydığı xəbərə görə Bursa şəhərində yaşayan Mustafa Yazar bir çoxlarının diqqətini cəlb edib.Hələ 17 aylıqkən valideynləri Mehmet və Esra Yazarla bərabər Həcc ziyarətində olan kiçik Mustafa 4 yaşında "Qurani-Kərim"i oxumağı öyrənib və 5 ay müddətinə müqəddəs kitabı oxuyaraq bitirib.

Atası Mehmet Yazar tərəfindən 4 yaşında xüsusi bir məktəbə göndərilən Mustafa burada dualar və "Qurani-Kərim"i öyrənməyə başlayıb. İstetdalı uşaq 1 aylıq qısa zaman kəsiyində müqəddəs kitabı oxumağı öyrəndikdən sonra 5 ay ərzində müqəddəs kitabı oxuyub bitirməyi bacarıb. Balacanın atası oğlunun qısa müddətdə və belə kiçik yaşda "Qurani-Kərim"i xətm etməsindən heyrətə gəldiyini deyib və bunu “möcüzə ” adlandırıb. Oğlu haqqında bunları deyib:

"Mustafanı 17 aylıqkən Həccə apardıq. Bizim etdiyimiz kimi dua etdi. Daha sonra Ümrə ziyarəti nə də apardıq. Bu il məktəbə başladı. Orada da "Qurani-Kərim"i oxumağı öyrənib. Mən bir müəllim olaraq müqəddəs kitabı 5 yaşındakı bir uşağın öyrənəcəyini təxmin etmirdim. Demək ki, bu, "Qurani-Kərim"in bir möcüzəsidir. Gündə 2-5 səhifə oxudu. Sonda isə bütün kitabı xətm etdi".

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Aprel, 2014  19:06 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!