إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Zəncani: "Təkfirçilər bütün müsəlmanların ortaq düşmənidir

Shafaqna-nın verdiyi xəbərə görə, böyük təqlid mərcələrindən olan İslam alimi Ayətullah Şübeyri Zəncani təkfirçiləri sərt tənqid edib. O,Pakistandan olan bir qrup zəvvarlarla görüşdə deyib:

"Təkfirçilər dünyanın hər tərəfində şiddət və vəhşət yaymaqdadırlar. Xüsusilə sizin ölkədə və yaşadığınız bölgədə böyük cinayətlər törədirlər və təəssüf ki,bunu davam edirlər. Sizin inancınızı qorumaq üçün çəkdiyiniz müsibət və ağrıların Allah dərgahında mükafatı çox böyükdür.Qarşılaşdığınız çətinliklər və bu çətinliklər qarşısında göstərdiyiniz səbirli mövqeniz təqdirəlayiqdir. 

Bu bir həqiqətdir və artıq müsəlmanlar bunu anlamalıdır ki, təkfirçilər bütün müsəlmanların ortaq düşmənidir. Ümid edirik ki, müsəlmanların oyanışı ilə İslam aləmi bu şiddətdən xilas olar. Çünki İslam peyğəmbərinin (s) davamçısı olan bir insan əsla təcavüzkar ola bilməz. Zorakılığın rəhmət dinində yeri yoxdur.

Biz dünyadakı bütün şiələrə və xüsusilə də Pakistandakı şiələrə xeyir-dua etməyi özümüzə bir vəzifə bilirik.Ümid edirik ki, Əhli-beytin (ə) inayəti və bərəkəti ilə bu ölkədəki çətinliklər aradan gedəcək."

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Aprel, 2014  19:59 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!