إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Suriyaya keçmək istəyən azərbaycanlılar tutuldu

Türkiyədə Kilisdə saxlanılan və gizli yolla Suriyaya getməyə çalışan 7 nəfəri deportasiya edəcək

Türkiyə sərhədçiləri gizli yolla Suriyaya keçmək istəyən 8 nəfəri saxlayıb. ANS PRESS-in məlumatına görə, onlardan 7-si əcnəbi, biri isə Türkiyə vətəndaşı olub.

Qaçaqmalçılar Kilisin Elbeyli rayonunda tutulublar. Saxlanılanlar arasında Rusiya, Tunis, iki Azərbaycan vətəndaşı (R.S. və A.L), Almaniya, Səudiyyə Ərəbistanı, Suriya vətəndaşları olub.

Sərhəddi keçmək istəyənlərə "dayan" əmri verilib. İfadələri alınan şəxslərdən türk vətəndaşı sərbəst buraxılıb. Digər 7 nəfər isə deportasiya edilmək üçün Polis İdarəsinin Əcnəbilərlə iş üzrə şöbəsinə təhvil verilib.

Qeyd edək ki, Suriyadakı ixtişaşlar nəticəsində bu günə kimi onlarla azərbaycanlı öldürülüb.

ANS PRESS

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Aprel, 2014  11:56 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!