إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Yəmənin "Quran Universiteti"ndə "Quran Elmləri" barədə 9 min cilddən çox kitab

Yəmən "Quran-Kərim və İslam Elmləri Universiteti" bu ölkədə Quran Elmləri sahəsində ilk ixtisaslaşdırılmış universitetdir ki, bu universitetin iki böyük kitabxanasında Quran Elmləri və Quran maarifi sahəsində 9 min cilddən çox kitab vardır.

İQNA-nın verdiyi xəbərə görə Yəmən "Quran-Kərim və İslam Elmləri Universiteti" bu ölkədə Quran Elmləri sahəsində ilk ixtisaslaşdırılmış universitetdir ki, bu universitetin iki böyük kitabxanasında Quran Elmləri və Quran maarifi sahəsində 9 mindən çox kitab vardır. Bu universitet 1994-cü ildə Yəmənin paytaxtdı Səna şəhərində institut olaraq fəaliyyətə başlamış və 18 il fəaliyyətdən sonra 2012 –ci ildə universitet statusu qazanmışdır.
Bu universitet Quran Elmləri sahəsində mütəxəssis nəsil yetişdirmək, elmi müşavirələr, bu sahədə təcrübələrin ictimaiyyətə ötürlməsi məqsədi ilə təsis edilmişdir. Universitet çalışır ki, keyfiyyətli təlim və tədqiq ilə bu sahədə dünyada xüsusi yer tutsun.
Bu universitetin Sənada qadınlar üçün də şöbəsi vardır ki, Quran Elmləri sahəsində mütəxəssis olan xanımlar bu şöbədə fəaliyyət göstərirlər. Bundan əlavə qadınlar üçün də 3 min cild kitaba sahib xüsusi kitabxana vardır.
Bu universitetin xüsusi internet səhifəsi aşağıdakı linkdə aktivdir: http://uqs.me
Bu saytın "məktəbətul-kutub" bölməsindən kitabları PDF formatı ilə kompyuter üzərinə endirmək mümkündür.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Aprel, 2014  13:02 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!