إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Bu gün hicab qadağası ilə bağlı mitinq keçiriləcək

Qırğızıstan Müsəlmanlarının Ruhani idarəsi xəbər verir ki, bu gün Qırğızıstanın paytaxtı Bişkəkdə Təhsil Nazirliyinin qarşısında orta məktəblərdə hicablı qızların dərslərə buraxılmaması ilə bağlı mitinq keçiriləcəkdir.

Qeyd edək ki, yeni dərs ilinin başlanğıcı ilə Qırğızıstanın bəzi məktəblərində qızlar məktəbə hicabla buraxılmırlar. Təəccüblüsü isə bundadır ki, rusdilli məktəblərdə bu problem yaşanmır. Hicab qadağası yalnız qırğızdilli məktəblərdə həyata keçirilir.

Ruhani İdarəsi bildirib ki, əgər təhsil naziri məsələni həll etməsə onlar təhsil nazirinin istefa tələbilə aksiya keçirəcəklər.

P.S Azərbaycanda olduğu kimi Qırğızıstanda da hicab məktəblərdə qanunla qadağa edilməyib. Səbəb kimi Azərbaycanda olduğu kimi vahid məktəbli forması göstərilir və Azərbaycanda olduğu hicablı şagirdlərin məktəbə buraxılıb-buraxılmaması məktəblərin daxili işi kimi qələmə verilir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Sentyabr, 2011  17:28 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!