إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Rusiyada MDB məkanındakı bütün müqəddəs məkanların dəqiq atlası hazırlanır

Rusiyada fəaliyət göstərən dini təşkilatlarının nümayəndələri Müstəqil Dövlətlər Birliyində qeydə alınan bütün rəsmi məzhəblərin müqədəs dini ocaqlarının məcmuəsindən ibarət atlas hazırlanması qərarına gəliblər.

Moskva, Mərkəzi Rusiya və Çuvaşiyanın müftisi,Rusiya İctimai Palatasının üzvü  Alber Krqanaov bildirib ki, Rusiyada fəaliyət göstərən dini təşkilatlarının nümayəndələri Müstəqil Dövlətlər Birliyində qeydə alınan bütün rəsmi din və məzhəblərin müqədəs dini ocaqlarının(ziyarətgah və ibadət və.s məkanların) məcmuəsindən ibarət atlaş hazırlaması barədə qərara gəliblər.
Bu ideya və onunla bağlı məsələlər sözügüdən təşkilatların birgə toplantısında müzakirə edilib.
Toplantı Rusiya Federasiyasının ümumi salonunda keçirilib.
Moskva müsəlmanlarının mənəvi birlik cəmiyyəti və Rusiya ortodoks kilsəsi, habelə digər dini qruplar bu addımı dəstəkləyiblər.Onalrın fikrincə Rusyada və digər MDB ölkələrində əsrlərlə bərabər yaşayan xalqların mədəni və mənəvi sərvətləri üçün vahid bir məkanın yaradılması olduqca əhəmiyyətlidir.

Atlaş həm çap və həm də electron formada istifadəçilərin ixtiyarına veriləcəkdır.Bundan əlavə müvafiq din və məzhəblərdən olan bələdçilər cəlb olunmaqla müqəddəs məkanlara vahid səyahət proqramlarının hazırlanması da müzakirə olunmuşdur.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Aprel, 2014  12:08 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!