إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Bir qrup xristian qadın Xanım Məsumənin hərəmini ziyarət ediblər

Bir qrup xristian qadın Xanım Məsumənin hərəmini ziyarət ediblər

Avstriya və İsveçdən gələn bir qrup xristian qadın İranın Qum şəhərində olan Hz. Məsumə (s.ə)-nın hərəmini ziyarət edib.



İran mediasının yaydığı xəbərə görə Avstriya və İsveçdən gələn və E. P. İ. L Təşkilatı üzvü olan 21 qadına hərəmin müxtəlif hissələri və fəaliyyətləri haqqında məlumat verilib.

Sonra xristian qonaqlar Xanım Məsumənin (s.ə) hərəmini ziyarət ediblər.

Xanım Məsumə (s.ə)-nın hərəminin beynəlxalq əlaqələr şöbəsinin başçısı Höccətül İslam Fatıminəsəb, etdiyi qısa bir çıxışda Hz. Məsumənin şəxsiyyətini qonaqlara izah edib və müsəlmanların müxtəlif dinlərin peyğəmbərləri haqqındakı fikirlərinə toxunub.

Daha sonra Xanım Məsumə (s.ə)-nın muzeyi bu elmi heyət tərəfindən gəzilib.Sonra Hz. Məsumənin (s.ə) təbərrük süfrəsindən qonaqlara ehsan verilib.

İslam dini haqqında araşdırma etmək üçün İslami Mədəniyyət və Əlaqələr Təşkilatının dəvəti ilə İrana gəlmiş olan bu heyət Hz. Məsumə (s.ə)-nın hərəmini ziyarət etdikdən sonra Cəmkəran məscidinə gediblər.Sonra qonaqlar Camiatu'z Zəhra mədrəsəsini gəziblər və Ayətullah Nəcəfi Məraşi kitabxanasından müəyyən məlumatlar alıblar.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Aprel, 2014  11:27 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!