إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Şotlandiya küçələrində Peyğəmbərimizdən hədislər

Dandi şəhərinin avtobusların üzərinə yazılan hədislərdən  "Peyğəmbərin (s.ə) "Özünə bəyəndiyini başqalarına da bəyən" və "Valideyniz ilə yaxşı rəftar edin" hədisidir.

ONislam-ın  verdiyi məlumata görə, Şotlandiyalı bir qrup müsəlman İslam dininin təbliği məqsədi ilə küçələrdə Peyğəmbərimizin(s) hədislərindən ibarət lövhələri avtobus və küçələrdə yapışdırmaqla insanları İslam dininin dəyərləri ilə tanış etmişlər.

Bu təbliğatda iştirak edən Sumeyr Zavəri deyib: "Biz dünyaya göstərmək istəyirik ki, İslam barədə eşitdikləri (yalnız) qərb mediasının təbliğatıdır. Biz dünya əhlinə Peyğəmbərin (s.ə) necə təlimləri olduğunu göstərmək istəyirik".

Ölkə Müsəlmanları bu növ təbliğata 2013-cü ilin dekabr ayından başlayıblar.

Bundan əlavə müsəlman təşkilatlar bir neçə sosial layiənin də əsasını qoyaraq Ərzaq Bankı yaralatmışlar ki,bu bankın vəsaitləri hesabına ehtiyaclı müsəlman və qeyri müsəlman ailələrə yardım edilir.

Həmçinin sosial şəbəkələr vastəsilə yardımlar toplanaraq evsiz və tənha insanlara ərzaq və isti paltarlarla təmin edirlər ki,bu da qeyri müsəlmanlar tərəfindən təqdirəlayiq şəkildə qarşılanır.

Şotlandiyada 50 mindən çox müsəlman yaşayır ki, ölkə əhalisinin 1.4 faizini təşkil edir.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Aprel, 2014  15:09 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!