إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ayətullah Milaninin(r) xəstəliyi və professor Burlonun müsəlman olması əhvalatı

Ayətullah Milani(r) narkozdan ayılan zaman Əbu Həmzə Somali duasından bəzi hissələri oxumağa başlayır.

Mərhum Ayətullah Seyyid Məhəmməd Hadi Milani ağır mədə xəstəliyinə düçar olur. İngiltərədən Professor Burlonu dəvət edirlər ki, mədəsində cərrahiyə əməliyyatı aparsın. Üç saat çəkən əməliyyatdan sonra professor Burlon tərcüməçidən xahiş edir ki, Ayətullah Milani(r) özünə gələndə hər nə desə onun üçün tərcümə etsin. Ayətullah Milani(r) narkozdan ayılan zaman Əbu Həmzə Somali duasından bəzi hissələri oxumağa başlayır. Professor Burlon tərcüməçidən alimin özünə gələndə nə dediyini xəbər alanda tərcüməçi cərrah üçün Ayətullah Milaninin(r) Əbu Həmzə Somali duasından oxuduğu hissələri tərcümə edir. Bunu eşidən professor Burlon xahiş edir ki, ona İslam dinini qəbul etmək üçün nə lazımdırsa öyrətsinlər. Çünki o İslam dinini qəbul etmək qərarına gəlib.

Professor Burlondan İslam dinini nəyə görə qəbul etmək istədiyini soruşurlar və o cavab verir ki, insanın narkozdan sonra özünə gəldiyi zaman elə bir zamandır ki, insan həmin vaxt dediyi sözlər onun daxili aləmini izhar edir. Mən Kanterberi kafedral kilsəsinin arxiyepiskopunu da əməliyyat etmişəm. O narkozdan ayılan zaman mən onun başının üstündə idim ki, o cavanların küçədə oxuduğu mahnıları zümzümə edirdi. Ayətullah Milaninin(r) nə dediyini mənə söyləyəndə yadıma həmin arxiyepiskopun nə dediyi düşdü və həmin an anladım ki, hansı din haqq olan dindir.

Professor Burlon həmçinin vəsiyyət edir ki, o öləndən sonra onu da Ayətullah Milani(r) dəfn ediləcək şəhərdə dəfn etsinlər. Və onun vəsiyyətinə əməl edərək onu öləndən sonra Məşhəd şəhərindəki Xacə Rəbi qıbirstanlığında dəfn edirlər.

 

Mərhum Ayətullah Seyyid Məhəmməd Hadi Milani 1.894-cü ildə Nəcəfdə dünyaya göz açmışdır. Ayətullah Milani(r) Ayətullah Seyyid Əbülhəsən İsfahani(r), Ayetullah Naini(r) və başqa böyük alimlərdən dərs almışdır.Ayətullah Milanidən(r) müasir şiə dünyasının böyük alimləri dərs almışlar ki, Ayətullah Şeyx Vəhid Xorasani və Ayətullah Məhəmməd Təqi Cəfəri(r) də bu siyahıdadırlar. Ayətullah Milani(r) 1.975-ci ildə Məşhəddə vəfat etmişdir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Sentyabr, 2011  14:59 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!