إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Xristian xanımı müsəlman edən səcdə

On yaşımda İslam dininə bağlantım oldu. Və böyüdüyüm zaman uşaqlıq arzum barədə axtarış apardım və artıq on beş ildir ki, müsəlmanam.


İslam dini necə qəbul etdiyini bildirən yaponiyalı Xanım Şəms Afa deyib ki, on yaşım olardı. İslam dini barədə şəkillərə tamaşa edən zaman bir müsəlmanın səcdə halında olan şəklini gördüm. Bu şəkil məndə böyük ruhi və mənəvi təsir qoydu və qərara gəldim ki, böyüyəndə İslam dini barədə araşdırma edim. Böyüyən zaman uşaqlıq arzumu yerinə yetirdim və artıq on beş ildir ki, İslam dinini qəbul edib şiə məzhəbini seçmişəm.

Danışdığı zaman göz yaşlarını saxlaya bilməyən Xanım Şəms Afa deyir ki, uşaqlıq vaxtı səcdə halındakı müsəlmanı gördüyüm zaman keçirdiyim həmin hissi bir daha keçirdiyimdən göz yaşlarımı saxlaya bilmirəm.

İranda Ayətullah Mərəşi-Nəcəfi kitabxanasını ziyarət edən yaponiyalı Xanım Şəms Afa deyib ki, çox təəccüblüdür ki, bir insan necə edə bilib ki, bu həcmdə kitabxana yarada bilsin. Təkcə bu kitabxana kifayət edir ki, həmin şəxsin nə qədər böyük bir insan olduğu aydın olsun.

Qum şəhərinin İslam dünyasının məhvəri ola biləcəyinə inandığını deyən xanım bildirib ki, təəssüflər olsun ki, Qum şəhəri dünyaya lazımi şəkildə tanıtdırlmayıb.

İranda səfər olduğu müddətdə müxtəlif şəxsiyətlərlə görüşdüyündən məmnunluğunu bildirən xanım deyib ki, Allaha təşəkkür edirəm ki, mənə İrana gəlməyimə şərait yaratdı və mən Cəmkəran məscidini yaxından ziyart edə bildim.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Sentyabr, 2011  07:15 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!