|
• Dünyadaİran XİN nümayəndəsi: "Yanan avtobusda azərbaycanlı zəvvarlar xəsarət almayıb"
Qeyd edək ki, bu gün mətbuatda azərbaycanlı zəvvarlarının da olduğu İraqın Kərbəla şəhərinə ziyarətə aparan avtobus İranın Ərdəbil əyalətində yanması və çox sayda insanın xəsarət alması barədə məlumat yayılıb . Məsələyə İran XİN nümayəndəsi aydınlıq gətirib: "Yanan avtobusda azərbaycanlı zəvvarlar xəsarət almayıb" İranın xarici işlər nazirinin Ərdəbil əyalətindəki nümayəndəsi Bəhruz Zae Mirzae Trend-ə bildirib ki, yanmış avtobusda 29 Azərbaycan vətəndaşı olub, onlar da Məşəd ziyarətindən vətənə qayıdırmışlar. Onun sözlərinə görə, yanğın nəticəsində ciddi xəsarət alanlar arasında azərbaycanlılar yoxdu, ancaq 9 Azərbaycan vətəndaşının xarici pasportu yanıb. Mirzae bildirib ki, pasportu yanmış şəxslərin vətənə qayıdması üçün Azərbaycanın Təbrizdəki Baş Konsulluğu ilə müvafiq işlər görülür. İranın xarici işlər nazirinin Ərdəbil əyalətindəki nümayəndəsi bildirib ki, Azərbaycanlı zəvvarlar üçün avtobus tutulub və yaxın zamanda onlar Azərbaycan sərhədini keçəcəklər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Aprel, 2014 21:06 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |