إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Azərbaycan prezidenti İlham Əliyevin Ayətullah Xamenei ilə görüşündə maraqlı anlar yaşanıb

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin İrana səfəri çərçivəsində bu ölkənin Ali Dini lideri Ayətullah Xamenei ilə keçirdiyi görüşdə olduqca maraqlı anlar yaşanıb.

Salamnews-un MehrNews-a istinadən verdiyi xəbərə görə, İranın Azərbaycandakı səfiri Möhsün Pakayin həmin görüşü belə səciyyələndirib: “Cənab İlham Əliyevin böyük rəhbərlə görüşü çox səmimi oldu, rəsmi söhbətlərdən əlavə mühit çox dostscasına və doğma idi”.

Səfir görüşdən öz təəssüratlarını bölüşərək bildirib ki, Ayətullah Xamenei Azərbaycan prezidenti İlham Əliyevlə Azərbaycan dilində salamlaşaraq dövlət başçısının əhvalını soruşdu və ümumiyyətlə danışıqlar zamanı söhbətlər ara-sıra Azərbaycan dilində aparılırdı.

Rəhbər ikitərəfli işguzar toplantılar olub-olmaması ilə maraqlandıqda İran prezidenti Həsən Ruhani bildirdi ki, İran tərəfi bu cür görüşlərin təşkil edilməsi məqsədilə ölkənin rabitə və texnologiyalar naziri Ağayi Vaizini komitə rəhbəri təyin edib.

Nazirə müraciət edən Ayətullah ona sual etdi: “Siz azəricə bilirsiniz?”. Ağayi Vaizi suala cavabında qeyd etdi ki, özü Azərbaycan dilini bilmir, lakin həyat yoldaşı – azərbaycanlıdır.

 

Daha sonra Ayətullah Xamenei bu qısaca sual-cavabı azəricə cənab İlham Əliyevə danışdı və Azərbaycan dövlətinin başçısı xeyli güldü.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Aprel, 2014  10:37 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!