|
• DünyadaSəlahəddin Özgündüz Qarabağdan danışdı: "Qarabağ bizimdir...""Əgər rəqibimiz bir ovuc ermənidirsə, təkcə Türkiyədə yaşayan azəri əsillilər torpaqlarımızı işğaldan azad etməyə bəs edər"
“Zeynebiye.com” saytına istinadən verdiyi məlumata görə,Türkiyənin tanınmiş din alimi v ictimai xadimi Şeyx Səlahəddin Özgündüz Halkalı Zeynəbiyyə məscidində cümə namazının ikinci xütbəsində Qarabağ və qondarma erməni soyqırımından danışıb:
"ABŞ Senatının Xarici Əlaqələr Komitəsi qondarma "erməni soyqırımı" haqda qətnamə qəbul edib. İllərdir bu iddianı Demokl qılıncı kimi başımızın üstündə saxlayırlar. Hər il 24 aprel tarixindən əvvəl "təmcid plovu" kimi qızdırıb qarşımıza qoyurlar, bunu bizi ABŞ-a qulluq etməyimiz üçün vasitə kimi istifadə edirlər."
Səlahəddin Özgündüz tarixi faktlar gətirərək ABŞ-ı tənqid edib. Daha sonra isə işğal olunmuş Qarabağ barədə danışıb:
"Biz əvvəldən bəri deyirik ki, Qarabağ əsla erməniyə verilməməlidir. Qarabağ erməniyə məzar belə ola bilməz, cənazələrini hara basdırırlarsa basdırsınlar. Qarabağ bizimdir və bizim olaraq qalacaq.
Bu problemin həlli üçün asan olmayan görüləsi işlər var. Əgər rəqibimiz bir ovuc ermənidirsə, təkcə Türkiyədə yaşayan azəri əsillilər torpaqlarımızı işğaldan azad etməyə bəs edər. Hətta Ermənistanı da alarıq, hər birimiz aslan kimiyik. Lakin dövlətimiz var və lazım olanı edir.
Biz sülh tərəfdarıyıq, amma sülhlə alınmasa da, döyüşməli olsaq da, vətənimizi erməniyə vermərik. Rus dostlarımız da ağıllarını başlarına toplayıb sülhə dəstək olmalıdırlar. Rusiya ilə məsələnin həlli daha doğrudur, yoxsa iki milyon ac erməni iki yüz milyon türkin arasında xoşbəxt ola bilməz." Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Aprel, 2014 14:12 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |