إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ekoloji məscidlərlə bağlı daha bir ölkədə qərar qəbul edilib

Birləşmiş Ərəb əmirliklərinin ardınca daha bir neçə ölkə bu barədə qərar qəbul edib.
Mərakeş Dini işlər nazırilməsi və Energetka və Ətraf Mühütün Mühafizəzi naziri arasında razılaşma imzalanıb. Bu rəsmi sənədə əsasən, ölkədə 1000 məscid günəş enerjisindən yararlanacaqdır.
Bu addımın əsas məqsədi elektirk istehlakını 20- 30 % azalatmaqdır.
Birinci mərhələdə Mərakeşin 1000 məscidi günəş enerjisi ilə təmin ediləcəkdir, sonradan bütün məscidlərdə bu praktika həyata keçiriləcək və onlarda bu imkandan istifadə edəcəklər.
Layihədə məscdilərin xüsusi qurğularla təchiz edilməsi və bu yolla günəş enerjisindən istifadə edilməsi nəzərdə tutulur.
Energetka və Ətraf Mühütün Mühafizəzi naziri bu təcrubədən başqa sahəlrdə də istifadə edilə biləcəyini vurğulayıb.

Qeyd edək ki,bir müddət əvvəl Səudiyyə hökuməti tərəfindən də analoji qərar qəbul edilərək ölkə ərazisindəki 90 minə qədər məscidin ekoloji cəhətdən təmiz enerji mənbəyindən istifadə edilməsi nəzərdə tutulub.Türkiyənin Bursa Əyalətində tikilməkdə olan ilk bele məscidin 2015 ci ildə istifadəyə verilməsi nəzərdə tutulub.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Aprel, 2014  11:43 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!