إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Avstriyalı müsəlman gənclərin maraqlı təşəbbüsü

Avstriya paytaxtında yaşayan gənc müsəlmanlar miladi təqvimi ilə Həzrət Məhəmmədin (s) döğum gününü qeyd ediblər.
Şəbestan agentliyinin verdiyi məlumata görə Avstriya paytaxtının cavan müsəlmanları 9 apreli təntənə ilə qeyd ediblər. Onlar miladi təqvilmlə 571- ci il aprelin 9- da dünyaya gələn istəkli Peyğəmbərimizin (s) mövlud günü münasibəti ilə güllər və O Həzrətin hədisini paylayıblar. Bir gül şaxəsi və “Bağışlamayan kəs bağışlanmayacaqdır” hədisi cavanların hədiyəsi olub. Təşəbbüsdə 300 gənc oğlan və qız iştirak edib. Qeyri- müsəlmanlar da təşəbbüsə qoşulublar. Qarşısında “biz peyğəmbərimizi sevirik” yazılmış vahid formalı oğlan və qızlar hədiyyələri paytaxt Vyanada ölkə parlamenti qarşısında və 26 təşkilatın yerləşdiri ərazidə paylayıblar.
Bu addımın əsas məqsədi ölkədə müsəlmanlarla xristianlar və yerli əhali arasında dostluq və səmimiyyət atmosferi yaratmaq olub.
Məlumatlara əsasən, təbdirə müsəlman olmayan qızlar dəstəsi də qatılıb.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Aprel, 2014  15:43 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!