إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Firqəçiliyin islama təhlükə olduğu haqda xəbərdarlıq

Böyük din alimi Ayətullah Məkarim Şirazi firqəçi qrupların fəaliyyətlərinin İslam və müsəlmanlar üçün böyük təhlükə olduğu barədə xəbərdarlıq edib.



İRNA-nın verdiyi məlumata əsasən, Qumda yaşayan böyük təqlid mərcəi Ayətullah Nasir Məkarim Şirazi ötən gün (bazar ertəsi 7 aprel) İraqın Tehrandakı səfirini qəbulu zamanı İraq rəsmilərinin ölkədəki təqlid mərcələri ilə əlaqədə olduğunun vacibliyi üzərində təkid edərək, deyib: Təkfirçi və terrorçu qruplar nəinki islam üçün, bütün bəşərriyyət üçün təhlükədir.

Ayətullah Məkarim Şirazi İraq dini alimlərinin ölkədə birlik və vəhdətin qorunmasında, həmçinin firqəçi qruplar və terrorçularla mübarizədə önəmli roluna toxunarq deyib: İraq rəsmiləri ilə təqlid mərcələri arasında hər bir ixtilaf və fikir ayrılığının baş verməsi islam düşmənlərinin sui-istifadə etmələrinə zəmin yaradacaq.

Şiələrin təqlid mərcəi İran ilə İraq arasında əlaqələrin keçmişinə toxunaraq, İraqda qarşıdakı seçkilərin, sağlam-düzgün və xalqın geniş iştirakı ilə keçiriləcəyinə ümidvar olduğunu deyib.

Ayətullah Məkarim Şirazi İraqda müxtəlif qurplar və məzhəblər arasında birliyin qorunmasının vacib olduğu üzərində təkid edərək əlavə edib ki, bəzi xarici ölkələr təfriqə törətmək üçün fitnələr həyata keçrimək ardıncadırlar lakin İraqın durumu keçmişlə müqayisədə konstruktivləşib və düşmənlər öz nəhs məqsədlərinə nail olmayacaqlar.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Aprel, 2014  13:30 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!