إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Azərbaycan məktəblərindəki hicab qadağası böyük zülmdür

Tehranda keçirilən Ümumdünya Əhli-Beyt (ə) Cəmiyyətinin V Qurultayında iştirak edən Hizbullah təşkilatının Qadın Mərkəzi Şurasının sədri və Ümumdünya Əhli-Beyt(ə) Cəmiyyətinin üzvü İfaf əl-Həkim Azərbaycanda orta məktəblərdə hicab qadağasını böyük zülm adlandıraraq cəmiyyətin qadın üzvlərindən qadağaya məruz qalanları dəstəkləməyə çağırıb.

İfaf əl-Həkim konfransda çıxışı zamanı deyib ki, mən bu konfransdan bildirirəm ki, bizim bacılarımız və ailəmiz olan Azərbaycan xanımlarını dəstəkləyirəm. Biz heyrət içindəyik. Tətbiq olunmuş bu qadağa bir müsəlmana qarşı tətbiq oluna biləcə ən ağrılı qadağadır.

Hicabın qadağan olunmasını və bu səbəbdən qızların məktəbə gedə bilməməsini ən böyük zülm və ədalətsizlik adlandıran İfaf əl-Həkim Azərbaycan qadınlarına səbrli olmağı və hicablarını qorumaq üçün əllərindən gələni etmələrini istəyib. Səbəbini isə hicabın qadına vacib buyrulması və onsuz yaşamağın, izzət, kəramət və mənəvi yüksəlişlərin əldə edilməsinin qeyri-mümkün olmasını göstərib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Sentyabr, 2011  06:45 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!