إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Məkarim Şirazi - Təkfirçilər qədər isalmı təhdid edən bir təhlükə yoxdur


Məracei Təqlid alimlərindən Ayətullah Məkarim Şirazi-tarixi araşdırarkən təkfirçilər qədər amansız bir qrupa rast gəlmədiyini söyləyib.
Tanınmış din alimi Ayətullah Məkarim Şirazi Misirin Əl-Əhzər alimlərindən Doktor Tacəddin Əl Hilaliylə görüşündəki çıxışında Təkfirçilərin işlətdiyi cinayətlər və bu qrupun İslam dini və insanlığa olan təhlükəsinin miqyasına toxunaraq"İslam dininin meydana gəlməsindən indiyə qədər Təkfirçi axını qədər heç bir qrup İslam dini üçün təhlükə olmamışdır" deyə qeyd etmişdir.
O daha sonra tarixi araşdırarkən heç bir qrupun təkfir axını qədər
amansızlıq göstərdiyinə rast gəlmədiyini bildirərək"Təkfir İslam dininin qarşısında olan ən böyük təhlükədir"deyə söyləmişdir.
Çıxışının davamında Ayətullah Məkarim Şirazi Dr.Əl-Hilaliyə təkfirçilərə olan baxışından məmnun olduğunu dilə gətirərək"Şükürlər olsun Ki,siz bu axının yaratdığı təhlükəni lazımınca qiymətləndirirsiniz və əgər bizimlə Əl Əhzər alimləri arasında bərabər əlaqələndirmə olarsa bu məsələlərdə heç bir anlaşımsızlıq olmayacaqdır"deyə vurğulamşdır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Mart, 2014  12:22 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!