إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

DQİDK məscidin bağlanması ilə bağlı iddiaları təkzib etdi

Xəbər veridyimiz kimi, bu gün Qaradağ rayonu, Müşfiqabad qəsəbə məscidi dini icmasının özünü buraxması haqqında müraciətinə Dövlət Komitəsində baxılaraq dini icmanın ləğvi barədə qərar qəbul edilib. Komitənin yaydığı açıqlamada bildirilir ki, 1998-ci ildə qeydiyyatdan keçmiş dini icma 2009-cu ildə “Dini Etiqad Azadlığı haqqında” qanuna edilmiş dəyişikliklərə uyğun olaraq yenidən dövlət qeydiyyatına alınmaq məqsədilə müvafiq sənədlərini Dövlət Komitəsinə təqdim etməyib və bununla da mövcud qanunvericiliyin tələblərini pozub. Məlumatda o da qeyd olunub ki, Müşfiqabad məscidinin  dini icması özünü buraxmaq barədə Komitəyə müraciət edib.

Son vaxtlar Azərbaycanın dini sahəsində onsuz da bir gərginlik yaşanır. Daim çıxışları ilə məzhəblərarası ayrıseçkilik, ədavət yaradan "bəyanatları" ilə gündəmə gələn Elşad Miri isə sanki bu gərginliyi bir qədər də alovlandırmağa çalışır. Bu dəfə də o, öz ampluasına sadiq qalaraq "peyğəmbərlik" missiyasını üzərinə götürüb və bildirib ki, adı çəkilən məscidin dini icmasının ləğv edilməsində məqsəd ibadət ocağının bağlanmasıdır. O bildirib ki, dini icmanın Komitəyə müraciət etməsi onu göstərir ki, icmaya təzyiqlər olunur. Onun bu əsassız iddiasının zahirdə də absurd olunduğu görünsə də, məsələyə aydınlıq gətirmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti ilə əlaqə saxladıq. Komitədən bildirdilər ki, bu iddia əsassızdır, heç bir məscidin bağlanmasından söhbət gedə bilməz. Sadəcə dini icma özü-öz tərkibində dəyişiklik edib və bununla bağlı müraciət də ünvanlayıb. Yeni icma yaradılandan sonra məscid fəaliyyətini davam etdirəcək".

Qeyd edək ki, dini sahədə istənilən qarmaqarışıqlıq məhz bu cür "ehtimalla" danışan şəxslərin ucbatından yaranır.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Fevral, 2014  21:38 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!