إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Elşad İskəndərov Məşhədi Dadaş məscidində terror aktının hazırlanmasına münasibət bildirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Məşhədi Dadaş məscidində nəzərdə tutulan terror aktının və ilahiyyatçı Hacı Şahin Həsənliyə qarşı sui-qəsdin hazırlanmasına münasibət bildirib.

Komitə sədri jurnalsitlərə deyib ki, hazırda istintaq gedir. İstintaq davam etdiyi müddətdə hər hansı fikir söyləmək düzgün olmazdı. Biz istintaqın davamını gözləməliyik: "Ümumiyyətlə, bu, çox xoşagəlməz haldır."

Radikal dini cərəyanların Azərbaycanda fəaliyyətinin qadağan edilməsi barədə səslənən fikrilər barədə danışan DQIDK sədri deyib ki, radikal mövqedə duran və yaxud dini, milli və irqi zəmində aşağılayıcı dünyagörüşünü yayan cərəyanlar dövlət qeydiyyatına alınmırlar: "Dövlət qeydiyyatına dini icmaların fəaliyyətinə məhdudiyyət qoyulur və onların fəaliyyəti mümkün deyil. Burada daha önəmli amillərdən biri həm din xadimlərimizin, həm də geniş ictimaiyyətin maarifləndirmə yolu ilə düzgün dini, milli-mənəvi dəyərlərimizin yayılmasına ehtiyac var. Cünki belə mənəvi dəyərlərin formalaşdığı və təbliğ olunduğu başqa düsüncələrə də yer qalmır. Bu, çox önəmlidir. Bu sahədə komitə tərəfindən ilin sonunadək bir neçə xususi ədəbiyyat nəşr olunacaq. Eyni zamanda regionlarda tədbirlər, din xadimləri üçün radikalizmlə mübarizə istiqamətində təlim kurslarıreallaşdırılır.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Noyabr, 2013  18:18 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!