إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Allahşükür Paşazadə: "Aşura günündə müsəlmanlara başsağlığı verirəm."

"Mən Aşura günündə bütün müsəlmanlara başsağlığı verirəm. Allah-Təala 72 Kərbala şəhidi ilə birlikdə bizim də şəhidlərimizə rəhmət etsin."

Bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib.

O deyib: "Uca Tanrı işğal olunmuş torpaqlarımızın tezliklə azad olunmasını bizə nəsib etsin. Əlbəttə, bu gün böyük, əzəmətli gündür. Bu gün həmişə qeyd olunub. Sovet dövründə və indi də çətinliklərimiz olsa da, İmam Hüseyn eşqini bugünədək qoruyub saxlamışıq. Amma müstəqillikdən sonrakı dövrlərdə Aşura günündə qeyd etdiyimiz İmam Hüseyn(ə.s.) tərziyələri fəal qanunauyğun şəkildə keçirilib.

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri  Aşura günü ilə bağlı  "Təzəpir" məscidində qan verib.

QMİ sədri bildirib ki, Aşura günü zəncirin vurulması İslama uyğun deyil, insan özünə əziyyət verməməlidir: "Mən heç ömrümdə özümə zəncir vurmamışam. Qana ehtiyacı olan xəstələr var. İmam Hüseynin (ə.s.) də ruhu şad olardı ki, qanlarımızı həmin insanlara verək. Bu, böyük savabdır. Mən istərdim ki, imkanı olan bütün müsəlmanlar tək Aşura günü yox, başqa günlərdə də qan versinlər. Bir insanın həyatını xilas etmək bütün dinlərdə bəyənilir. Bu gün İmam Hüseyn(ə.s.) aramızda olsaydı, o da belə addım atardı. Bəziləri təbliğ edirlər ki, guya İmam Hüseyn(ə.s.) şiədir. Ancaq imam Hüseyn(ə.s.) müsəlmandır, nə şiə, nə sünnidir. Bu gün həm sünni, həm şiə məzhəbindən olanlar İmam Hüseyn(ə.s.) təziyəsini keçirirlər".

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Noyabr, 2013  16:19 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!