|
• Mənəviyyat • MəhərrəmKərbəlada əsir düşənlərin siyahısı
Hicri qəməri 61-ci ildə (təqribən miladi 680-cı il)Aşura günü Həzrət İmam Hüseyn (əleyhis salam) və həvadarları xəlifə Muaviyə oğlu Yezidin qoşunu tərəfindən Kərbəlada şəhid edilmişdi. Sağ qalan qadınlar, uşaqlar və şiddətli surətdə xəstələnmiş İmam Səccad (əleyhis salam) əsir götürülmüşdülər. Tarix kitablarının nəqlinə uyğun olaraq Kərbəla əsirlər karvanı Məhərrəm ayının 11-də Kərbəladan hərəkət etmiş və 12-də Kufəyə daxil olmuşlar. Məhərrəmin 19-da Kufədən Şama doğru hərəkət etmiş və Səfər ayının 1-də Şama daxil olmuşlar. Sizlərə Kərbala hadisəsindən sonra əsir düşənlərin siyahısın təqdim edirik. 1. Əli ibni Hüseyn Səccad (əleyhisslam) – 4-cü imam 2. Məhəmməd ibni Əli Baqir (əleyhissalam) – 5-ci imam uşaq ikən 3. Həsən ibni Həsən – İmam Həsənin (ə) oğlu. 4. Ömər ibni Həsən – İmam Həsənin (ə) oğlu. 5. Zeyd ibni Həsən – İmam Həsənin (ə) oğlu. 6. Məhəmməd-əsğər – İmam Hüseynin (ə) qardaşı. 7. Müslüm ibni Əqilin iki azyaşlı oğlu – sonradan şəhid edildilər. 8. Həzrət Zeynəb (s) – Peyğəmbərin (s) nəvəsi, İmam Hüseynin (ə) bacısı. 9. Ümmü-Külsüm - Peyğəmbərin (s) nəvəsi, İmam Hüseynin (ə) bacısı. 10. Fatimə binti Həsən - İmam Həsənin (ə) qızı və İmam Səccadın (ə) xanımı. 11. Fatimə binti Əli - İmam Hüseynin (ə) bacısı. 12. Fatimə - İmam Hüseynin (ə) qızı. 13. Fatimeyi-Səkinə - İmam Hüseynin (ə) qızı. 14. Fatimeyi-Rüqəyyə - İmam Hüseynin (ə) 3 yaşlı qızı. 15. Rübab - İmam Hüseynin (ə) xanımı. 16. Rüqəyyə - Müslim ibni Əqilin xanımı. 17. Müslim ibni Əqilin qızı. 18. Ümmü Səcr – İmam Hüseynin (ə) əmisinin yoldaşı. 19. Ümmü-Külsüm – xanım Zeynəbin (s) qızı. 20. Rəmlə - İmam Həsənin (ə) xanımı. 21. Leyla binti Məsud – Həzrət Əlinin (s) həyat yolaşı. 22. Hüsniyyə - İmam Səccadın (ə) xadiməsi. 23. Əbu Vəhhabın xanımı - həyat yoldaşı və qayanansı ilə birlikdə İslamı qəbul edib İmam Hüseynə qoşulmuşdular. 24. Fükeyhə - Qərib ibni Abdullahın xanımı. 25. Bəhriyyə - həyat yoldaşı və oğlunu Kərbəlada şəhid vermişdir. 26. Müslim ibni Övsəcənin kənizi. 27. Fizzə - Həzrət Fatimənin (s) kənizi. Burada qeyd olunan adlar tarixçilər tərəfindən yekdil qəbul edilmir. Eyni adamın iki adla tarixə düşməsi, yaxud tarixi mənbələrdəki qeyri-dəqiqlik buna səbəb ola bilər. Məsələn, Fizzənin yaxud Əli Əkbərin anası Leyla xanımın Kərbəlada olub-olmaması mübahisəlidir. Habelə, Ümmü-Külsümün Həzrət Zeynəbin (s) bacısı yaxud özü olması da mübahisəlidir. Bəzi adlar tarixə düşməyə də bilər. Bu kimi mübahisələr siyahıda göstərilmiş bəzi adlara da şamil olunur. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Noyabr, 2013 22:42 ⁄ Çap
Bu bölmədə16 İyul, 2024 Bu gün Aşuradır5 Sentyabr, 2023 Bu axşam Ərbəin gecesi daxil olur - Ərbəin ziyarətnaməsi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |