إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Kərbəla şəhidlərinin siyahısı

 

Noyabrın 14-ü məhərrəm ayının 10-u, yəni Aşura günüdür. Hicri qəməri 61-ci ildə (təqribən miladi 680-cı il)Aşura günü Həzrət İmam Hüseyn (əleyhissalam) və həvadarları xəlifə Muaviyə oğlu Yezidin qoşunu tərəfindən Kərbəlada şəhid edilmişdi. Sağ qalan qadınlar, uşaqlar və şiddətli surətdə xəstələnmiş İmam Səccad (əleyhis salam) əsir götürülmüşdülər. Sizə Kərbəla şəhidlərinin siyahısını təqdim edirik:

1. Hüseyn ibni Əli (əleyhisslam) – üçüncü imam, qoşunun başçısı. Şimr ibni Zilcövşən tərəfindən şəhid edilib.

2. Əli-Əkbər ibni Hüseyn – İmam Hüseynin (ə) böyük oğlu. Peyğəmbər (s) nəslindən ilk şəhid. Mərrah ibni Munqiz Əbdi tərəfindən şəhid edilib.

3. Əli-Əsğər ibni Hüseyn – İmam Hüseynin (ə) kiçik, altı aylıq oğlu. Hərmələ ibni Kahil Əsədi tərəfindən şəhid edilib.

4. Qasim ibni Həsən – İmam Həsənin (ə) 14 yaşlı oğlu oğlu. Ömər ibni Səd tərəfindən şəhid edilib.

5. Əbu Bəkr ibni Həsən – İmam Həsənin (ə) oğlu. Abdullah ibni Əqəbə Ğənəvi tərəfindən şəhid edilib.

6. Abdullah ibni Həsən – İmam Həsənin (ə) 10 yaşlı oğlu. Hərmələ ibni Kahil Əsədi tərəfindən şəhid edilib.

7. Abbas ibni Əli – Həzrət Əbəlfəzl kimi tanınmış, İmam Hüseynin (ə) qardaşı və ordunun bayraqdarı. Anası Ümmül-Bənindir. Yezid ibni Rüqəd Hiti və Həkim ibni Tüfeyl Tai tərəfindən şəhid edilib.

8. Qasim ibni Abbas – Həzrət Əbəlfəzlin oğlu.

9. Fəzl ibni Abbas – Həzrət Əbəlfəzlin oğlu.

10. Abdullah ibni Əli – İmam Hüseynin (ə) qardaşı. Anası Ümmül-Bənindir. Hani ibni Sübeyt Həzrəmurti tərəfindən şəhid edilib.

11. Cəfər ibni Əli – İmam Hüseynin (ə) qardaşı. Anası Ümmül-Bənindir. Hani ibni Sübeyt Həzrəmurti tərəfindən şəhid edilib.

12. Osman ibni Əli – İmam Hüseynin (ə) qardaşı. Anası Ümmül-Bənindir. Huli Əzbəhi Əyadi və Əbani Darimi tərəfindən şəhid edilib.

13. Abdullah ibni Əli – İmam Hüseynin (ə) qardaşı. Anası Leyla bint Məsuddur.

14. Əbu Bəkr ibni Əli – İmam Hüseynin (ə) qardaşı. Anası Leyla bint Məsuddur.

15. Əbdürrəhman ibni Əli - İmam Hüseynin (ə) qardaşı.

16. Məhəmməd ibni Əli - İmam Hüseynin (ə) qardaşı. Əbani Darimi tərəfindən şəhid edilib.

17. Övn ibni Abdullah – xanım Zeynəbin (s) oğlu.

18. Məhəmməd ibni Abdullah - xanım Zeynəbin (s) oğlu.

19. Qasim ibni Məhəmməd – xanım Zeynəbin (s) kürəkəni.

20. Həbib ibni Məzahir Əsədi – sol cinahın komandanı.

21. Müslim ibni Övsəcə Əsədi – Peyğəmbər (s) səhabəsi

22. Mövq ibni Səmamə Əsədi Səidavi

23. Əmr ibni Xalid Səidavi

24. Qeys ibni Müsəhhər Səidavi

25. Həccac ibni Məsruq Cöfi – Həzrət Əlinin (ə) səhabəsi, İmam Hüseyn (ə) qoşununun müəzzini.

26. Hənzələ ibni Əsəd Şami – İmam Hüseynin (ə) Ömər ibni Sədə göndərdiyi qasidi.

27. Səyid ibni Abdullah Hənəfi - Müslim İbn Əqilin yavəri, İmam Hüseynə (ə) kufəlilərin dönük çıxdıqlarını xəbər verən şəxslərdəndir. İmam Hüseyn (ə) namaz qılarkən canını imama atılan oxlara sipər etmişdi.

28. Züheyr ibni Qeyn Bəcəli – sağ cinahın komandanı. Xəlifə Osmanın tərəfdarlarından idi və İmam Hüseyni (ə) dəstəkləmirdi. Həccdən qayıdarkən xanımının təkidi ilə İmam Hüseynlə (ə) görüşmüş və ona tərəf keçmişdi.

29. Salman ibni Məzahir Bəcəli – Züheyrin qohumu. Onunla birlikdə Həccdən qayıdarkən İmam Hüseynə (ə) qoşulmuşdur.

30. Əbu Vəhhab Abdullah ibni Ümeyr Kəlbi – İmam Hüseynə qoşulub İslamı qəbul etmiş xristian gənc. Anası və xanımı ilə birlikdə İmam Hüseynə (ə) qoşulmuşdur.

31. Əbdüləla ibni Yezid Kəlbi

32. Abdullah ibni Ümeyr Kəlbi – İmam Hüseynə (ə) Mədinədən qoşulmuşdur.

33. Abdullah ibni Ümeyrin həyat yoldaşı – qadın şəhidlərdəndir. Şimrin qulu tərəfindən balta ilə şəhid edilmişdir.

34. Yezid ibni Ziyad Kindi

35. Hərs ibni Əmr Kindi

36. Zəvir ibni Əmr Kindi

37. Hürr ibni Yezid Riyahi – Yezid qoşununun sərkərdəsi, Aşura günü tövbə edib İmam Hüseynə (ə) tərəf keçib. Kərbəlanın ilk şəhididir.

38. Səd – Hürrün oğlu

39. Hürrün digər oğlu

40. Əaiz ibn Məcmə Əazi – Hürr ibni Riyahla birlikdə İmam Hüseynə (ə) tərəf keçən altı nəfərdən biri idi.

41. Coun ibni Malik Təmimi – Yezidin qoşunundan İmam Hüseynə (ə) tərəf keçmişdir.

42. Səd ibni Hərs Ənsari.

43. Əbul-Hətuf ibni Hərs Ənsari - Səd ibni Hərislə əkiz qardaş idilər. Yezid qoşunundan İmam Hüseynə (ə) tərəf keçənlərin içində idilər.

44. İmran ibni Kəlb Ənsari

45. Nəim ibni İclan Ənsari

46. Abdullah ibni Buşr Xəşəmi – Ömər ibni Sədlə birlikdə İmam Hüseynlə (ə) döyüşməyə gəlmişdi. Lakin, tövbə edib İmam Hüseynə (ə) tərəf keçmişdi.

47. Ömər ibni Zəbiə Zəbii - Ömər ibni Sədlə birlikdə İmam Hüseynlə (ə) döyüşməyə gəlmişdi. Lakin, tövbə edib İmam Hüseynə (ə) tərəf keçmişdi.

48. Bəşr ibni Əmr Həzrəmi – Peyğəmbər (s) səhabəsi.

49. Müslim ibni Övsəcə Əsədi – Peyğəmbər (s) səhabəsi.

50. Nafe ibni Hilal Cəməli – hədis ravisi.

51. Ziyad ibni Ərib Səidi – Peyğəmbər (s) səhabəsinin oğlu, hədis ravisi.

52. Ənəs ibni Hərs Kahili.

53. Büreyr Həmdani – Həzrət Əlinin (ə) yaşlı səhabəsi.

54. Həbşi ibn Qeys Nehmi Həmdani.

55. Səvvar ibni Əbu Uman Həmdani – yaralanaraq əsir götürülmüş və zindanda şəhadətə yetişmişdir.

56. Əmr ibni Abdullah Cundai – Səvvarla birlikdə yaralanmış və şəhid edilmişdir.

57. Şəbib – Hərs Həmdaninin azad edilmiş qulu idi.

58. Əmr ibni Abdullah Cündayi Həmdani

59. Üməyyə ibni Səd Tai – Həzrət Əlinin (ə) səhabəsi.

60. Hərs – Həzrət Həmzənin azad edilmiş qulu.

61. Rafi – Müslim Əzdinin azad edilmiş qulu.

62. Səd – Əmr ibn Xalidin azad edilmiş qulu.

63. Səd – Həzrət Əlinin (ə) azad edilmiş qulu.

64. Muncə - İmam Həsənin (ə) azad edilmiş qulu.

65. Şuzəb – Şakinin qulu.

66. Qərib – İmam Hüseynin (ə) azad etdiyi kənizin oğludur. Həmin Kəniz azad edildikdən sonra ailə qurçuşdu və dünyaya gətridiyi bu oğlunu İmam Hüseynin (ə) tərbiyyəsinə vermişdi.

67. Nəsr ibni Neyzər – İran şahının Həzrət Peyğəmbərə (ə) göndərdiyi, Peyğəmbərin (s) Həzrət Əliyə (ə) hədiyyə etdiyi və Həzrət Əlinin (ə) azad etdiyi qul.

68. Vazeh Türki – Hərsə Məşacinin türk əsilli qulu. Kərbəlaya gələrək İmam Hüseynə (ə) qoşulmuşdur.

69. Əsləmə - İmam Hüseynin azad edilmiş qulu

70. Coun – Əbu Zərin azad edilmiş qaradərili qulu idi. İmam Həsənin (ə) və İmam Hüseynin (ə) səhabələrindəndir.

71. Süleyman ibn Razin – İmam Hüseynin (ə) azad edilmiş qulu. İmam onu Bəsrəyə qasid kimi yollamışdır. Lakin o, ibni Ziyad tərəfindən yaxalanmış və şəhadətə çatdırılmışdır.

72. Əbd Qeys Əbdi Bəsri

73. Həccac ibni Bədr Sədi Bəsri

74. Səlim Bəsri – Həzrət Əlinin (ə) Bəsrədən olan səhabəsi, vaxtı ilə Amir Əbdinin qulu idi.

75. Seyf ibni Malik Əbdi Bəsri

76. Amir ibni Müslim Badi Bəsri – Səlim tərəfindən azad edilmiş qul. Həzrət Əlinin (ə) səhabələrindən idi.

77. Abdullah ibni Zeyd Əbdi

78. Übeydullah ibni Zeyd Əbdi

79. Yezid ibni Sabit Əbdi

80. Əzam ibni Üməyyə Əbdi

81. Əbdürrəhman ibni Əbdürrəb Ənsari Xəzrəci

82. Cinadət ibni Kəb Ənsari Xəzrəci

83. Cinadət ibni Kəbin oğlu

84. Ömər ibni Cənadə Ənsari

85. Əmr ibni Qərtə Ənsari

86. Əbdülhətuf Ənsari

87. Əbdülhətufun qardaşı

88. Savər ibni Mənyim Nehmi – İmam Hüseynə (ə) qoşulmaq üçün bütün İraqı gəzmişdir

89. Malik Cabiri – Seyf ibni Hərslə qohum idilər. Kufədən birlikdə gələrək İmam Hüseynə (ə) qoşulmuşdular.

90. Əbdürrəhmən ibn Ürvə Ğəffari

91. Abdullah ibi Ürvə Ğəffari – qardaşı Əbdürrəhmanla birlikdə Kufədən gəlmişdilər.

92. Qasim ibni Həbib Əzdi

93. Müslim ibni Kəsir Əzdi

94. Qasis – Züheyr Səlabi oğlu

95. Kurş - Züheyr Səlabi oğlu

96. Muqsit - Züheyr Səlabi oğlu

97. Kənnah Səlabi

98. Məsud ibni Həccac Təimi – oğlu ilə birlikdə şəhid olub.

99. Əbdurrəhman ibni Məsud Təimi – Məsudun oğlu.

100. Cibiləs ibni Əli Şeybani – Həzrət Əlinin (ə) Siffeyn döyüşündəki əsgərlərindəndir.

101. Cündəb ibni Müji Xövləni – Həzrət Əlinin (ə) səhabəsi.

102. Həlləs ibni Əmr Rasibi

103. Süveyd ibni Əmr Xəşmi

104. Seyf ibni Hərs Cabiri

105. Şəvəb Şakiri

106. Abdullah ibni Yəqtər Himyəri

107. Əbdürrəhman Ərhabi

108. Əmr ibni Həb Səidi

109. Əmr ibni Həsən Tali

110. Qənab Nəmri

111. Məcmə-ul-Cəhni ibni Ziyad ibni Ömər

112. Yezid ibni Məğful – Həzrət Əlinin (ə) səhabəsi

113. Bəkr ibn Hey Təimi

114. Müslim ibni Əqil – İmam Hüseynin (ə) əmisi oğlu. İmam tərəfindən Kufəyə nümayəndə kimi göndərilmiş, lakin xəyanətlə üzləşərk şəhid edilmişdir.

115. Hani ibni Ürvə - Müslim ibni Əqillə birlikdə Kufədə şəhid edilmişdir.

116. İbni Həccac Təimi – Müslim İbn Əqilin yavəri, İmam Hüseynə (ə) kufəlilərin dönük çıxdıqlarını xəbər verən şəxslərdəndir.

117. Zərğəmə ibni Malik Təğləbi – Müslim ibni Əqilin yavərlərindən idi. Müslimin şəhadətindən sonra İmam Hüseynə (ə) qoşulmuşdur.

118. Əbis ibni əbi Şəbib Şakiri - Müslim ibni Əqilin yavərlərindən idi. Müslimin şəhadətindən sonra İmam Hüseynə (ə) qoşulmuşdur.

119. Həbib ibni Qeys Taimi – Kufədə ikən Müslim ibni Əqilə beyət etmişdir. Müslimin şəhadətindən sonra Kufədən qaçaraq İmam Hüseynə (ə) qoşulmuşdur.

120. Malik ibni Abdullah ibn Sərii

121. Şəbib ibni Haris ibn Sərii

122. Züheyr ibni Bəşi Kəsəmi

123. Yezid ibni Hasin

124. Qərib ibni Abdullah ibni İrqit

Burada qeyd olunan adlar tarixçilər tərəfindən yekdil qəbul edilmir. Eyni adamın iki adla tarixə düşməsi, yaxud tarixi mənbələrdəki qeyri-dəqiqlik buna səbəb ola bilər. Məsələn, Fizzənin yaxud Əli Əkbərin anası Leyla xanımın Kərbəlada olub-olmaması mübahisəlidir. Habelə, Ümmü-Külsümün Həzrət Zeynəbin (s) bacısı yaxud özü olması da mübahisəlidir. Bəzi adlar tarixə düşməyə də bilər. Bu kimi mübahisələr siyahıda göstərilmiş bəzi adlara da şamil olunur.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Noyabr, 2013  22:24 Çap

Bu bölmədə

16 İyul, 2024
Bu gün Aşuradır

© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!