|
• DünyadaElşad İskəndərov: "Aşuranın qaydalara uyğun keçirilməsi üçün bölgələrdə maarifləndirmə işləri aparılır"
"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Neftçala şəhərində vətəndaşlarla görüşündə deyib. Görüşdə Neftçala ilə yanaşı, Hacıqabul, Sabirabad, Saatlı, Salyan rayonlarının və Şirvan şəhərinin sakinləri iştirak ediblər. Dövlət Komitəsinin sədri onları narahat edən məsələləri dinləyib və müvafiq istiqamətdə tapşırıqlar verib. Müraciətlər əsasən dini ibadət yerlərinin tikilməsi və təmir bərpası, dini icmaların dövlət qeydiyyatına alınması, icmaların nəzdində quran kurslarının açılması, dini mərasimlərdə, xüsusən də Aşura mərasimlərinin keçirilməsi üçün maarifləndirmə işinin gücləndirilməsi istiqamətində olub. Vətəndaşlar bildiriblər ki, bəzi kənd və qəsəbələrdə məscidlər uzaq olduğu üçün gündəlik, xüsusən də cümə namazlarında iştirak etmək çətinləşir. E.İskəndərov toxunulan problemlərin həlli istiqamətində tədbirlərin görüləcəyini diqqətə çatdırıb. O deyib ki, Aşura günü qanvermə aksiyalarının keçirilməsinə komitə dəstəyini verir. Bəzi dini icmaların dini ədəbiyyata ehtiyacı olması barədə məsələyə gəlincə, komitənin kitabxanasının hesabına həmin dini icmalar qısa zamanda dini ədəbiyyatla təmin olunacaq. Sonda vətəndaşların şikayətləri əsasında E.İskəndərov Dövlət Komitəsinin müvafiq struktur rəhbərlərinə tapşırıqlarını verib.
salamnews Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Noyabr, 2013 17:32 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |