|
• DünyadaQafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayının başlaması ilə bağlı konfrans keçirib
Keçirilən tədbirdə Qafqaz Müsəlmanları İdarəsini sədri, Qafqazın şeyxi Allahşükür Paşazadə bildirib ki, bu gün Azərbaycanda digər yerlərə nisbətən sünni və şiələrin bir yerdə dini əməlləri yerinə yetirməsi daha yaxşı səviyyədədir. Azərbaycanda olan tolerantlığın dünya ölkələrinə nümunə olduğunu deyə şeyxülislam, bu tolerantlığı pozmaq istəyən qüvvələrin olduğunu da bildirib. A.Paşazadə Məhəmməd Peyğəmbərin (s.a.v.s) nəvəsi, İmam Əlinin (ə) oğlu İmam Hüseynin (ə) Kərbalada qətlə yetirilməsi ilə bağlı qeyd edilən Aşuranın özünə ziyan vermədən, küçə yürüşləri etmədən məscidlərdə qeyd edilməsinin lazım olduğunu deyib: “İmam Hüseynə (ə) əzadarlığın həddini hər insan özü müəyyən etməlidir. Çalışmaq lazımdır ki, insan özünü, Allahı unutmasın, özünə daha çox ziyan vurmasın. İnsan ağlından kənarda olmamalıdır. Əzadarlıq insana doğru yolu göstərmək üçündür. Ona görə hər kəs çalışıb o həddə riayət etsin” - deyə, QMİ sədri bildirib. Bəzi çətinliklərin olduğunu da deyən Allahşükür Paşazadə, bunların aradan qaldırılması üçün birlikdə çalışmaq lazım olduğunu da sözlərinə əlavə edib.
gunaz Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Noyabr, 2013 17:59 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |