إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

QMİ Aşurada qanvermə aksiyası keçiriləcək məscidlərin siyahısını açıqlayıb

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Aşurada qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısını açıqlayıb.

Qafqaz Müsəlmanları İdarəsindən SalamNews-a verilən məlumata görə, aksiya Bakı şəhərində Təzə-pir , Hacı Soltanəli, Hacı Əjdərbəy, Bibi-Heybət, İçəri-şəhər Cümə, Qaraçuxur, Mir Mövsüm ağa ziyarətgah məscidi və Keşlə qəsəbə məscidində keçiriləcək.

Həmçinin, Sumqayıt şəhər Cümə məscidi, Gəncə şəhər İmamzadə ziyarətgah məscidi, Mingəçevir şəhər Heydər məscidi, Şəki şəhər Cümə məscidi, Lənkəran şəhər Böyük bazar məscidi, Bərdə şəhər Cümə məscidində təşkil olunacaq.

Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının fətvasına əsasən, Aşura günü noyabrın 14-nə təsadüf edir.

 

salamnews

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Noyabr, 2013  17:53 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!