|
• DünyadaBu gün Məhərrəm ayının 1 ci günüdür.
05 Noyabr 2013 cü il Hicri qəməri təqvimiylə Məhərrəm ayının 1 ci günüdür. Məhərrəm ayı İmam Hüseynin (ə.s.) matəm ayı olması ilə yanaşı, məhərrəm ayının ilk gecəsində yeni qəməri il başlayır. Məhərrəm ayının ilk gecəsi 2 rükətli namaz qılmaq müstəhəbdir. Namazın “məhərrəm ayının ilk gecəsinin namazı” niyyəti ilə qılınır və hər rükətdə “Fatihə”dən sonra 11 dəfə “İxlas” surəsi oxunur. İlk gecəni əhya saxlayıb ibadətdə keçirmək də müstəhəbdir. Bütün gecəni ayıq qala bilməyənlər bacardıqları qədər əhya saxlaya bilərlər. Məhərrəm ayının ilk günü oruc tutmaq müstəhəbdir. Qəzası olmayanlar “məhərrəm ayının ilk gününün orucu” niyyəti ilə, qəzası olanlar isə qəza niyyəti ilə oruc tuta bilərlər. Habelə, məhərrəm ayının ilk günündə də iki rükət namaz qılmaq müstəhəbdir. “Məhərrəm ayınını ilk günü” niyyəti ilə qılınan bu namazdan sonra 3 dəfə aşağıdakı dua oxunur:
«اللّهم انت الاله القدیم و هذه سنةٌ جدیدةٌ فاسئلك فیها العصمة من الشیطان و القوَّة علی هذه النّفس الامّارة بالسُّوء»
/Allahummə əntəl ilahul qədim və hazə sinnətun cədidətun fəəs-əlukə fiha əl-ismətu min şeytan vəl quvvətu əla hazihin nəfsəl əmmarətə bissu/
“İlahi, sən əzəli və səxavətli Allahsan. Və bu yeni ildir. Səndən istəyirəm ki, məni şeytandan qoruyub pisliyə çağıran nəfsim üzərində qalib edəsən”.
Bu günlərdə insanlar əzadarlıq məclislərində iştirak edir, İmam Hüseynə (ə.s.) matəm saxlayırlar. Həzrət Peyğəmbər(s): "Hüseynin müsibətində ağlayan gözlərdən başqa bütün gözlər Qiyamət günü ağlayacaqdır". Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Noyabr, 2013 06:40 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |