|
• DünyadaAllahşükür Paşazadə axund və imamlara xəbərdarlıq edib
"Azərbaycanda bəzi məscidlərdə həmin məscidə, dinə aidiyyəti olmayan şəxslər ənənəvi günlərdə çıxıb moizə oxuyub, dini çağırışlar edib qərarlar verirlər. Bu bizdə narahatlıq yaradır”. Bunu bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhərrəm ayı ilə bağlı keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib. O qeyd edib ki, məscidlərdə bu kimi hallar narahatlıq yaratdığından, QMİ bunun qarşısının alınması üçün tədbirlər görməlidir. G.İsmayılov Məhərrəm ayı müddətində məscidlərdə bu kimi hallara son qoyulacağına ümidvar olduğunu deyib. Komitə rəsmisi Məhərrəmlik ayında məscidlərdə zəncir vuraraq qan tökülmə hallarından da narahat olduqlarını bildirib. Məsələyə münasibət bildirən QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bu kimi halların olduğunu etiraf edib: “Mən bunu dəfələrlə qeyd edib xəbərdarlıq etmişəm. Elə məscidlər var ki, orada axund və ya imam moizə oxumaq üçün öz əvəzinə ya qardaşını, ya dostunu, ya da hansısa yaxınını minbərə çıxarır. Yəni ona etibar edilən vəzifəni icra etmir, başqa iş dalınca gedib öz vəzifəsini təsadüfi adamlara tapşırır. Mən bir dəfə demişəm və bu dəfə də son olaraq həmin axund və imamlara xəbərdarlıq edirəm ki, buna son qoysunlar. Onlar cəzalandırılacaqlar. Əgər hansısa axund və ya imam öz vəzifəsini icra edə bilmirsə, hər şeydən əvvəl ərizəsini yazıb işdən çıxsın və öz yerinə başqasını təyin etməsin”. QMI sədri həmçinin əzhəblər arasında iğtişaş salmaq istəyən qüvvələrdən danışıb. Şeyxülislam qeyd edib ki, bu qüvvələr Azərbaycanda mövcud sabitliyin davam etməsini istəmirlər: “Bu gün hərdən məzhəblər arasında iğtişaş salmaq istəyən qüvvələr var. Mən qəti çağırış edirəm ki, buna imkan yaratmamalıyıq. Bizim hamımızı birləşdirən Allahdır, Qurandır, Peyğəmbərdir və imamlardır. Biz bunların kölgəsinin altında axirətimizi qazanmaq istəyirik”. A. Paşazadə deyib ki, bu gün Azərbaycanda hər iki məzhəbin (sünni və şiə) daşıyıcısı olan insanlar var: “Həm sünni, həm şiə məzhəblərinin bir yerdə yaşaması, bir yerdə namaz qılınması, bir yerdə ibadət edilməsi bir azərbaycanlı kimi hamımız üçün çox xoşdur. Bu gün Azərbaycanda tolerantlıq, dinlərarası münasibət, başqa dinlərə olan münasibət bütün dünyaya nümunə kimi göstərilir. Amma bunu pozmaq istəyən qüvvələr var. Bilirik ki, bunun bir ucu da xaricə gedib çıxır. Bizdəki bu sakitliyin olmasını istəmirlər, gözləri götürmür”.
apa Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Oktyabr, 2013 17:40 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |