إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İnterAz telekanalında "Джума" verlişi efirə çıxacaq

İnterAz telekanalında bu il noyabrın 1-dən etibarən "Джума" (Cümə) verlişi efirə gedəcək.

Rus dilində efirə gedəcək verlişə Bakı vaxtı ilə saat 22.50-də baxmaq mümkündür. Verliş Azərbaycanda, o cümlədən xaricdə yaşayan soydaşlarımızın milli, mənəvi və dini fikirlərini düzgün şəkildə formalaşmasına böyük təsir göstərəcək.

"Джума" verlişi Azərbaycanın tanınmış ilahiyyatçı alimi "Mənəvi Dünya" İctimai Birliyinin sədri, Məşhədi Dadaş məscidinin imam camaatı Hacı Şahin Həsənli tərəfindən təqdim olunacaq.

Verlişdə İslam dinin əsas mövzularından sayılan "Məhdəviyyat" mövzusu araşdırılaraq izləyicilərə çatdırılacaq.

Xatırladaq ki, İnterAz televiziyası Rusiyanın paytaxtı Moskvadan yayımlanır. Telekanal 75-ci dərəcədə yerləşən LMI-1 (ABS-1) peyki ve Raduga Tv operatoru vasitəsilə Rusiya, MDB və digər ölkələrə açıq yayım həyata keçirir. İnterAz kanalına, həmçinin KaTv-1, Connect, Ailə Tv, BBTV ve Smart (Gəncə) SNTV (SUMGAYIT) kabel şəbəkələrində baxmaq mümkündür. Telekanal "Azerspace” peyki vasitəsilə də yayıma başlayıb.

 

SalamNews

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Oktyabr, 2013  19:54 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!