إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Seyyid Əli Xameneinin Həcc mesajı

 

Ayətullah Seyyid Əli Xamenei hər il olduğu kimi bu ildə Həcc ziyarətində olan zəvvarlara və bütün müsəlmanlara müraciət edib. Müraciətində Ayatullah Xamenei müsəlmanları vəhdətə, fitnə və düşmənlər qarşısında oyaqlığa çağırıb.

"Heç şübhəsiz, mövcud dövr, müsəlmanların oyanması və mahiyyətinə qovuşması dövrüdür. Bu vəziyyətdə iman, təvəkkül, bəsirət, əzm və iradə müsəlman ümmətini bu çətinliklərdən şərəfliliyə qurtulmasına köməklik edəcək."

"Pakistan, Əfqanıstandan, Suriya, İraq, Fələstin və Fars körfəzi ölkələrinə, Liviya, Misir, Tunisdən Sudana qədər Şimali Afrika ölkələri və bəzi ölkələrin vəziyyətinə baxdıqda bir çox gerçəklər ortaya çıxır.

Vətəndaş müharibələri, din və məzhəbə söykənən kor hirslər, siyasi sabitliksizliklər, terrorun yayılması, tarixdəki vəhşi qövmlər kimi insanların sinəsini yarıb ürəklərini dişləriylə parçalayan həddindən artıq azğın qrupların ortaya çıxması, qadın və uşaqları qətl edib kişilərin başını kəsən onların namuslarına təcavüz edən hətta bəzi vəziyyətlərdə bu utanc verici iyrənc cinayətləri din adı altında  edənlərin bu hərəkətləri həmişə xarici təhlükəsizlik xidmətləri ilə onların bölgədəki idarəçi kuklalarının imperialist və şeytani planlarının məhsulu olduğunu sübut edir.

Bu çətinliklərdən yalnız müsəlmanların tövhid çətiri altındakı birlik və qardaşlığı ilə düşmənin tanınması və onun plan və üsullarına qarşı qardaşlıq və birliyin gücləndirilməsi ilə çıxmaq olar. Qardaşlıq və birlik Həccin əhəmiyyətli dərsidir. Burada başqaları ilə qarşıdurma və ağır sözlər deyilməsi də qadağandır. Bərabər geyim, bərabər hərəkət və şəfqətli davranış burada bu tövhid mərkəzinə inanıb bağlı olanların bərabərlik və qardaşlığın təcəssüm edir."

"İslam ümmətinin mənfəətlərini düşünən və İslam alimlərindən bir çoxu kimi mən də bir daha müsəlmanlar arasında ixtilafları qızışdıran söz və əməl ilə müsəlman məzhəblərinin hər hansı birinin müqəddəsatını təhqir edilməsini və ya İslam məzhəblərindən har hansı birinin təkfir edilməsinin küfr və şirk qanadına xidmət etdiyini və bu əməllərin haram olduğunu elan edirəm."

Mesajının sonunda Ayətullah Xamenei dua ederək Allahdan Həcc əməllərini yerinə yetirən müsəlmanların duaların qəbul olunmasını, canlarının sağlam və axirətlərinin abad olmasını istəyib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Oktyabr, 2013  18:57 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!