إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Bakıda “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda respublika konfransı keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dini icma sədrləri, eləcə də fəal dindar və ilahiyyatçıların iştirakı ilə “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda respublika konfransı keçirilib.

Konfransı giriş sözü ilə açan komitə sədri Elşad İskəndərov bunun Azərbaycanın 8 bölgəsində keçirilən silsilə tədbirlərin yekunu olduğunu deyib.

E.İskəndərov Azərbaycan zəvvarlarının, o cümlədən dini icma fəallarının bu gün həcc ziyarətinə yola düşəcəyini vurğulayaraq bütün zəvvarlara uğurlu yol arzulayıb ibadətlərinin, o cümlədən dövlətimizin inkişafı naminə edəcəyi duaların qəbul olunmasını diləyib.

“Konfransın əsas məqsədi dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunmasıdır.

Dövlətin din siyasəti pozitiv dünyəviçilik əsasında qurulub. Son illərdə dövlət başçısının qayğısı nəticəsində ibadət evlərinin təmiri, bərpası və yenidən əsaslı şəkildə qurulması istiqamətində həyata keçirilən işlər də bunun nəticəsidir”.

E.İskəndərov ölkəmizdə dinlərarası tolerantlığın yüksək səviyyədə olduğunu bildirib və ötən həftə Nyu-Yorkda, BMT-nin mənzil qərargahında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və BMT-nin Sivilizasiyalar Alyansının birgə təşkilatçılığı ilə Milli Tolerantlıq Mərkəzinin layihəsi olan “Azərbaycan - tolerantlıq məkanı” adlı fotosərginin açılmasını bunun ən yüksək bariz nümunəsi olduğunu qeyd edib.

Daha sonra çıxış edən dini icma nümayəndələri qeyd ediblər ki, xüsusən də son bir ildə dini maarifləndirmə sahəsində geniş işlərin aparılması, dini icmalarla müntəzəm sıx əlaqələrin qurulması, ilk dəfə olaraq dini icmaların sosial layihələrə cəlb olunması, dindarlar arasında vətənpərvərlik hissinin, tolerantlıq ənənələrinin təbliği sahəsində həyata keçirilən kompleks tədbirlər diqqətəlayiqdir.

Respublika konfransı “Milli-mənəvi dəyərlərə baxış: tarixilik və müasirlik”, “Dini radikalizm və onunla mübarizə üsulları”, “İslamda orta yol” panelləri üzrə “Milli-mənəvi dəyərlərimizə dövlət qayğısı”, “Azərbaycanda ənənəvi İslam və xarici təsirlər”, “İslamın radikalizmə və ifratçılığa qarşı münasibəti”, “Dini radikalizm və ifratçılıqla mübarizənin metodologiyası”, “Vəhdət naminə məzhəblərarası dialoq”, “Vətənpərvərlik milli-mənəvi dəyər kimi”, mövzularında məruzələrlə davam edib.

Daha sonra dini icmalar arasında keçirilən müsabiqənin qalibləri müəyyənləşib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regionalrda fəaliyyət göstərən dini icmalar arasında keçirilən “Dini icmaların sosial layihələrinə dəstək” müsabiqəsinin qalibləri müəyyənləşib.

Virtual təhsil, narkomaniyayla mübarizə, sağlam cəmiyyətdə qadınların rolu, mənəvi dəyərlər, vətənpərvərlik və digər mövzuları əhatə edən müsabiqənin nəticələrinə əsasən 20 qalib müəyyənləşib.

Qaliblərə sertifikatlar təqdim olunub. Mərasimdə çəxış edən qaliblər bu müsabiqənin keçirilməsindən məmnun qaldıqlarını bildiriblər. Bildirilib ki, bir zamanlar Azərbaycanda dinlə mübarizə çərçivəsində məscidlər dağıdılır, dinə təzyiq göstərilirdisə, indi dövlət tərəfindən dəstəyin göstərilməsi sevindirici haldır.

 

gunaz

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Oktyabr, 2013  19:11 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!