إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İndoneziyalı şiə və sünnilər arasında barışıq razılaşması imzalandı

İndoneziyanın Sampang şəhərində 50 yaxın əhli sünnə mənsubu, ötən bazar ertəsi günü şiələrin qaldığı Sidoarjo şəhərindəki mühacir düşərgəsinə gedərək, yerindən yurdundan edilmiş şiələri ziyarət edib.

Sidoarjo şəhərindəki Puspa düşərgəsində qalan mühacir mövqedəki Sampang şiələri, sünni həmyerlilərini isti bir şəkildə qarşıladılar. Görüşmə sonrasında iki tərəf arasında barışıq razılaşması imzalandı.

Əhli Sünnə lideri bu görüşmədə etdiyi şərhdə məqsədlərinin yalnız barışıq olmadığını, həmçinin  mühacir düşərgələrinin boşaldılması üçün lazımlı işlərin edilməsi və şiələrin kəndlərinə geri dönərək barışıq içində yaşamaq olduğunu söylədi.

Qeyd edək ki , Sampang şəhərində əhli sünnə mənsublarından bəziləri İndoneziyanın şərqi Yava bölgəsində, uzun illər boyunca şiələri təqib ediblər. Bu bölgədə yaşayan şiələrə zülm edib onların evlərini yandırırdılar. Sonunda Sampang şiələri bu hücumlardan sonra 2011-ci ildə Məhərrəm ayında evlərindən qovuldular. Evlərindən qovulan Sampang şiələri, Yava adasındakı Sidoarjo şəhərindəki Puspa mühacir düşərgəsindəməskunlaşdılar.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Sentyabr, 2013  20:53 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!