إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Dini kəsim seçki təşviqatı barədə nə düşünür?

Prezident seçkisinin təbliğat-təşviqat prosesi gedir. Dini inanclılar bu prosesdə aktiv görünürmü? Vəziyyəti necə qiymətləndirir?

Məşhədi Dadaş məscidinin imamı Şahin Həsənli qeyd edib ki, hər bir inanclının seçki prosesində iştirakı onun həm də dini vəzifəsidir: “Seçki ölkənin gələcəyini müəyyən edir. Hər bir dindar da ölkə vətəndaşıdır, vətəndaş mövqeyi ortaya qoymalıdır. Bu onun həm də dini vəzifəsidir. Din fərdi ibadətə qatılıb ictimai məsuliyyəti unudan insanların ibadətini belə qəbul etmir.

Təbii ki, seçkidə müəyyən fikir ayrılıqları ola bilər. Dinimiz də insanların seçim azadlığını tanıyır. “Quran” insanı seçim və iradə azadlığı olan bir varlıq kimi təqdim edir. Seçki kampaniyasında platformalar açıqlanarkən inanclıları da düşündürən məsələlərə toxunulur. Amma belə məsələlərdə onları ayıq olmağa, sözə yox, əmələ inanmağa səsləyirəm. Keçmişdən bu təcrübə var, bəzi hallarda həmin problemlər yalnız seçkidən seçkiyə, səs toplamaq üçün yada düşür.

İnanclıların namizəd irəli sürməsi və ya siyasi qüvvə, qrup kimi çıxış etməsi də vacib şərt deyil. Hər kəs seçki prosesində vətəndaş olaraq iştirak etməlidir. Azərbaycanda siyasi islam yoxdur, tam formalaşmayıb. Müəyyən siyasi qruplar və təşkilatlar var. Heç bir siyasi təşkilat da bütün inanclıları təmsil etmək səlahiyyətinə malik deyil”.

Hacı Şahin Həsənli təşviqat prosesində müşahidə etdiyi qeyri-etik məqamlara da qiymət verib: “Namizədlərin bir-birini təhqir etməsi, etik çərçivələri aşması mənəvi-əxlaqi, dini nöqteyi-nəzərdən qətiyyən yolverilməzdir. “Quran” ayələrində insanlar mübarizəyə və müzakirəyə dəvət edilir, amma bunu ən gözəl tərzdə həyata keçirməyi məsləhət görür. Fikir ayrılığı ola bilər, doğru bilinən ən ağıllı üsulla digərlərinə çatdırılmalıdır. Əxlaqi, mənəvi prinsiplərə riayət etməyən insan dövləti, ölkəni idarə edə bilməz”.

 

Media forum


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Sentyabr, 2013  16:30 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!