|
• Dünyada"Sünnilərin şiə fiqhinə əməl etmələri caizdir"
Misirin keçmiş müftisi Şeyx Əli Cümə, ötən gün əl-Ərəbiyə televiziya kanalına verdiyi müsahibəsində Rəhbər Ayatullah Xamaneinin əhli-sünnə böyüklərinə hörmətsizliyin haram olduğuna dair verdiyi fətvadan məmnun olduğunu dilə gətirib. Şeyx Əli Cümə İran və İraq alimlərinin Peyğəmbərin (s.a.a.s.) səhabələrinə minbər və moizələrdə təhqir edilməsinin qadağan edilməsi istiqamətindəki çağırışına müsbət cavab verərək bildirdi ki, "Bütün əhli sünnə alimlərinin vəzifəsi, dünyada Şiə alimləri ilə birlikdə ümmətin vəhədti üçün hərəkət etməkdir. " Şiə və Sünnilər arasında böyük fərqlərin olmadığına toxunan Şeyx Əli Cümə sözlərini belə davam etdirdi: "Şiələr, fiqh baxımından Sünnilərdən daha irəlidədir. Bu mövzunu Şiə böyükləri və mərcei təqlidlərin fətvalarında müşahidə etmək mümkündür." Misirin ən böyük alimlərindən olan Şeyx Əli Cümə, ayrıca bu ana qədər İslam dünyasında təşkil edilən konfrans və yığıncaqlarda şiələrin qabaqcıl böyük alimləriylə görüşməsinə toxunaraq bunları söylədi: "Bu görüşmələrdə, şiə alimləri mənə səhabələr və Peyğəmbər Əkrəmin (s. a.s.) yoldaşlarına qarşı olan təhqirlərin şiələrin işi olmadığı, əksinə İslam dünyasında ayrılıq, fitnə çıxarmaq istəyən şiə və əhli sünnə vəhdətini istəməyən düşmənlərin işi olduğunu söylədilər." Şeyx Əli Cümə, mwsahibəsinin başqa bir hissəsində bildirdi ki, "Mənə görə əhli sünnənin şiələrin fiqh və fətvalarına uyğun hərəkət etmələri caizdir. Bu hökmü daha əvvəl Misir Müsəlmanlarının lideri və Əl Əzhər alimlərindən Şeyx Şəltut vermişdi. Çünki bizə görə Şiə və Sünnilər arasında heç bir fərq yoxdur."
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Sentyabr, 2013 16:21 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |