|
• DünyadaSloveniyada 44 il sonra ilk məscid inşa ediləcək
Sloveniyanın paytaxtı Lyublyanada ilk islam mədəniyyət mərkəzinin təməlqoyma mərasimi keçirilib. Mərasimdə Sloveniyanın baş naziri Alenki Bratuşek, bir neçə min dindar və çoxlu xarici qonaq iştirak edib. Ümumi sahəsi 11 min kv.m olan mərkəz məscid, 40 metr hündürlükdə minarə, tədris və idman mərkəzləri, kitabxana və yaşayış binasından ibarət olacaq. 12 milyon avro dəyərində olan layihəni 3 ilə reallaşdırmaq planlaşdırılıb. Maliyyə vəsaitinin böyük hissəsini Qətər hakimiyyəti ianə edib. Qeyd edək ki, Sloveniya əhalisinin 2,5 faizi müsəlmandır. Ölkənin Loq şəhərində 1916-cı ildə ucaldılmış yeganə məscidi II dünya müharibəsindən sonra baxımsızlıqdan uçmuşdu. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Sentyabr, 2013 19:31 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |